Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülhməramlı missiya: Məqsəd imzalanan birgə bəyanatın icrasına dəstək verməkdir

Sülhməramlı missiya: Məqsəd imzalanan birgə bəyanatın icrasına dəstək verməkdir

Bakı, 15 noyabr, Əsəd Məmmədov, AZƏRTAC

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı və 44 gün davam edən əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın böyük bir hissəsini işğalçılardan təmizlədi. Döyüş meydanında darmadağın edilən Ermənistan ordusunun artıq təslim olmaqdan başqa bir yolu yox idi. Beləliklə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi.

Bəyanatda yer alan önəmli məqamlardan biri də erməni silahlı qüvvələrinin çıxarılması ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlıdır.

Xalqımız üçün böyük tarixi əhəmiyyət kəsb edən bu sənədin imzalanmasından sonra Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı məsələ geniş müzakirə olunur. Ümumi mənzərə onu deməyə əsas verir ki, sülhməramlı missiyanın mahiyyəti bəzən düzgün başa düşülmür və ya ümumiyyətlə, təhrif olunur.

Sülhməramlı missiyaların təməl prinsipi sülhün və təhlükəsizliyin təmin olunmasıdır

Sülhməramlı missiyaların münaqişələrdən sonra sülhün bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması istiqamətində 1948-ci ildən bu günə qədər 70-dən çox missiya həyata keçirilib.

Atəşkəs elan edildikdən sonra münaqişə bölgələrinə göndərilən sülhməramlı missiyaların qarşısına qoyulan ən başlıca vəzifələrdən biri onların tərəfsizlik nümayiş etdirmələridir. Münaqişə tərəflərinin razılığı əsasında göndərilən sülhyaratma missiyalarının fəaliyyət istiqamətləri müxtəlif olsa da, əsas məqsəd birdir: Sülhün, təhlükəsizliyin təmin olunması.

Uzun illərdir BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-d’İvuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər.

Ümumilikdə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa, BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya vardır.

Situasiyadan asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.

Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:

- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;

- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;

- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;

- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;

- Keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;

- BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;

Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi birgə

bəyanatın icrasına dəstək məqsədi daşıyır

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanat Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə olunması, problemin həllində davamlı sülhə nail olunması istiqamətində tarixi sənəddir. Uzun illərdir davam edən və regionun davamlı inkişafına ciddi təhlükə hesab edilən münaqişəyə son qoyulur və Azərbaycanın ərazi bütövlüyü təmin edilir. Eyni zamanda, Dağlıq Qarabağda azərbaycanlı və erməni əhalinin təhlükəsiz və sülh şəraitində birgə yaşayışının təmin edilməsi münaqişənin həlli prosesində ən önəmli məsələlərdən birini təşkil edir.

O da qeyd olunmalıdır ki, Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.

Digər mühüm məqam ondan ibarətdir ki, Türkiyə və Rusiyanın müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında videokonfrans vasitəsilə keçirilən danışıqların yekununda Qarabağda atəşkəsə nəzarət üzrə müştərək mərkəzin qurulması ilə bağlı memorandum imzalanıb. Yəni, Türkiyə də Qarabağda sülhyaratma prosesində iştirak edəcək.

Beləliklə, sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilir: dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək.

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan qızıl ehtiyatlarına görə tarixdə ilk dəfə Rumıniyanı ötüb

Yəməndə hökumət qüvvələri ilə şiddətli döyüşlərdə 50-dən çox husi silahlısı öldürülüb

“Porsche” şirkəti daha 4 min iş yerini ixtisar etməyi planlaşdırır

Cəbrayıl sakini: İnanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq

Arzusundan vaz keçmədi: Misirli qadın 83 yaşında fəlsəfə doktoru oldu

Dünya çempionatı: İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazanıb

Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb

Budapeşt hava limanında genişləndirmə: yeni terminal, dəmir yolu stansiyası və iri infrastruktur layihəsi

ABŞ NATO sammitində Hörmüz boğazında təhlükəsizlik məsələsinin müzakirəsini gözləyir

Kiyevə kütləvi hava zərbələri endirilib, ölənlər var YENİLƏNİB 2

Venesuelada zəlzələ qurbanlarının sayı 3 mini ötüb

Almaniyada yeni rəy sorğusu AfD-nin retinqinin artmaqda olduğunu göstərir

Neymar Braziliya millisindəki karyerasını başa vurub

Şərurda baş verən qəzada bir ailənin 3 üzvü ölüb

Dünya çempionatında sensasiya: Norveç Braziliyanı mübarizədən kənarlaşdırıb

Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır

Fransada muzeydən 4 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb

Tramp NATO sammitində müdafiə xərclərinin artırılmasının vacibliyini vurğulayacaq

Macarlar bank hesabı əvəzinə, nağd pula üstünlük verirlər

SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirilib

Azərbaycan gimnastları Dünya Kubokunda və beynəlxalq turnirdə medallar qazanıblar

Azərbaycan tamblinqçisi Dünya Kuboku seriyasının qalibi olub

Britaniya XİN əməkdaşlarının məxfi məlumatları oğurlanaraq satışa çıxarılıb

Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla tamamlayıblar

FIFA ABŞ millisinin futbolçusuna güzəşt edib

Qazaxda taxıl sahəsində baş vermiş yanğın söndürülüb VİDEO

Qazaxda taxıl sahəsində baş vermiş yanğın söndürülüb VİDEO

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb

Deputat: Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var

Bu saata olan əsas xəbərlər

Formula 1 üzrə Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib

Azərbaycanın basketbol millisi seçmə mərhələdə son oyununu keçirib

“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer edib

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib

“Naftoqaz”: Rusiya Ukraynanın qaz infrastrukturuna fasiləsiz zərbələr endirir

Trek velosipedi üzrə Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək

Almaniyada sərnişin avtobusu qəzaya uğrayıb, 11 nəfər xəsarət alıb

Misirdə Nil timsahları yenidən əhali arasında narahatlıq yaradıb

Nazir: Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Azərbaycan və Ermənistanla əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək

Şahin İsmayılov: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı siyasi etimad mövcuddur

Lənkəranda beynəlxalq şahmat festivalı başa çatıb

Astanada təxminən 10 min məktəbli dombrada ifa edib

“Zirə” heyətinə yeni futbolçu qatıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Somalidə hərbi əməliyyat zamanı “əl-Şəbab”ın 15 silahlısı öldürülüb

Zelenski: Rusiya son bir həftədə Ukraynaya təxminən 160 raket atıb

İran səfiri: Hörmüz boğazında Çin və digər dost ölkələr üçün güzəştlər olacaq

Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirib

Azərbaycanda şəxsi inkişaf və rifah xidmətlərinin mövcud hüquqi yanaşması

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Abituriyentlər II və III ixtisas qrupları üzrə imtahan veriblər

Azərbaycanın aparıcı voleybolçusu debütant komandaya keçib

ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib

Günay Əfəndiyeva: Rəqəmsal inkişaf Azərbaycanda dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilib

XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı təntənəli bağlanış konserti ilə yekunlaşıb

Bu gün OPEC neft hasilatının artırılmasını müzakirə edəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Mixaylo Fedorov: İyunda Ukrayna ordusu 200 mindən çox Rusiya hədəfinə zərbə endirib

Bu saata olan əsas xəbərlər

FHN: Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışlarına dalğıc-xilasedicilər cəlb olunub VİDEO

FHN: Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışlarına dalğıc-xilasedicilər cəlb olunub VİDEO

Türkiyə COP31 iştirakçıları üçün viza qaydalarını sadələşdirməyə hazırlaşır

Dünya çempionatı: Braziliya Norveçə, İngiltərə Meksikaya qarşı

İranın yeni Ali Rəhbəri atasının vida mərasiminə qatılmayıb

Kilian Mbappe yeni rekorda imza atıb

Balakəndə şəhidlərin xatirəsinə həsr olunmuş boks turniri start götürüb

Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA

Naxçıvan məktəblisindən ilk beynəlxalq olimpiada uğuru

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslərdə gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur

ABŞ 250 illik yubiley tədbirlərinə atəşfəşanlıq şousu ilə yekun vurdu - FOTOSESSIYA VİDEO

ABŞ 250 illik yubiley tədbirlərinə atəşfəşanlıq şousu ilə yekun vurdu - FOTOSESSIYA VİDEO

Xaçmazda zəlzələ olub

Yağıntılı hava şəraiti ilə əlaqədar Türkiyənin 5 regionunda sarı xəbərdarlıq elan olunub

Rusiyalı akademik: Ebolanın pandemiya potensialı aşağıdır

Bu gün dövlət qulluğuna qəbul üzrə müsabiqənin növbəti test imtahanı olacaq

Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır

ABŞ Prezidenti Müstəqillik Günü ilə bağlı açıq ərazidə planlaşdırılan çıxışını ləğv etməyəcəyini açıqlayıb

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edəcək

Almaniyada Alis Vaydel və Tino Xrupalla yenidən AfD-nin həmsədrləri seçiliblər

ABŞ-nin Vitse-prezidenti bir daha Avropa ölkələrinin müdafiə xərclərinin artırılmasını dəstəklədiyini açıqlayıb

Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var – YENİLƏNİB

DÇ-2026: Fransa 1/4 finala yüksəlib

ABŞ rəsmisi Böyük Britaniya siyasətində ciddi problemlərin olması barədə xəbərdarlıq edib

Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 2954 nəfərə çatıb

Yevlaxda yol qəzası baş verib, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

“Neftçi” 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel mərhələsinin çempionu olub

Donald Tramp: ABŞ İran rəhbərliyinə sui-qəsd etmək niyyətində deyil

DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanan ilk komanda olub

Ağdamda və Ağdərədə 40 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH

"Turan Tovuz" rusiyalı qapıçını transfer edib

Lənkəranda açıq ərazidə baş vermiş yanğın söndürülüb

Tramp: Netanyahu rəhbərin kim olduğunu bilir

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Cüdo üzrə Yaponiya millisi Bakıdakı dünya çempionatı üçün heyətini açıqlayıb

Çin eyni raketlə orbitə 13 peyk göndərib

Bu saata olan əsas xəbərlər

Türkiyə Prezidenti: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür

Neftçalada “Sirr” adlı rəsm sərgisi açılıb

ABŞ 250 illik yubileyini qeyd edir FOTOSESSİYA VİDEO

ABŞ 250 illik yubileyini qeyd edir FOTOSESSİYA VİDEO

Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir

Şahzadə Harri Londona ailəsi olmadan səfər edəcək