Tacikistan “Google” şirkətini vergiyə cəlb edə bilər
Düşənbə, 13 mart, AZƏRTAC
Tacikistan vətəndaşlarına elektron xidmət göstərən xarici şirkətlər, o cümlədən “Google” vergiyə cəlb oluna bilər.
AZƏRTAC xəbər verir ki, Tacikistanda bununla bağlı hazırlanan qanun layihəsi hazırda aidiyyəti dövlət qurumlarında razılaşdırılır. Sənəd qəbul olunarsa, həmin şirkətlər və “Google” Tacikistanın vergi orqanlarına hesabat təqdim etməli, əlavə dəyər vergisi ödəməlidir.
Tacikistan Vergi Komitəsinin səlahiyyətli nümayəndəsi Zavkibek Şodien jurnalistlərə bildirib ki, qanun layihəsi ölkənin Maliyyə Nazirliyi tərəfindən hazırlanıb və yaxın vaxtlarda hökumətə təqdim olunacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]