ELM VƏ TƏHSİL


Tarix Muzeyinə şəhid Anar Əliyevə məxsus şəxsi əşyalar təhvil verilib

Bakı, 31 mart, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinə şəhid polkovnik-leytenant Anar Əliyevə məxsus şəxsi əşyalar təhvil verilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, bu materiallar muzeyin Sənədli mənbələr fondunun müdiri Esmira Rəhimova vasitəsilə muzeyə təhvil verilib.

Polkovnik-leytenant Anar Əliyev Vətən müharibəsi günlərində Xocavəndin azadlığı uğrunda döyüşlərdə vuruşub. 2020-cil il oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Anar Əliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.