Tələbələr xarici mütəxəssislə onlayn vebinarda görüşüblər
Bakı, 6 may, AZƏRTAC
Xəzər Universitetinin Psixologiya departamentinin tələbələri İngiltərənin “St. Mary’s Hospital” psixiatriya xəstəxanasının psixoloqu Ezgi Erik ilə “ZOOM” platformasında təşkil olunan vebinarda görüşüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, vebinarda Türkiyə, İngiltərə və Azərbaycandakı psixiatriya xəstəxanalarının vəziyyəti, ən çox müşahidə olunan xəstəliklər, xəstələrlə baş verə biləcək fövqəladə vəziyyətdən çıxış yolları və COVID-19 pandemiyası zamanı iş rejimi haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, bakalavr və magistr dərəcəsini İngiltərənin Koventri Universitetində bitirən Ezgi Erik hazırda Middlesex Universitetində təhsil alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [15:50]
Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub
- 26.08.2026 [15:14]
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb
- 26.08.2026 [14:58]
Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır
- 26.08.2026 [14:28]
“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
- 26.08.2026 [14:23]