REGİONLAR


Tərtər rayonunun təmas xəttinə yaxın kəndlərində dezinfeksiya işləri aparılıb

Tərtər, 5 iyun, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın qarşısının alınması məqsədilə dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən verilmiş dezinfeksiyaedici məhlullar və ləvazimatlarla “DOST mərkəzi”nin işçiləri tərəfindən rayonun təmas xəttinə yaxın Həsənqaya kəndi və Şıxarx qəsəbəsində aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.