Türk dünyasından olan şair və yazıçılarla görüş keçirilib
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Şuradan məlumat verilib.
Görüşdə bildirib ki, Azərbaycanın türk dövlətləri ilə əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu prosesdə Azərbaycan dövlətinin rolu böyükdür. Ancaq ayrı-ayrı ictimai təşkilatlar da mövcud istiqamətdə kifayət qədər mühüm tədbirlər reallaşdırmaqdadır.
Türk xalqları və toplumları arasında əlaqələrin daim güclənməsinə ehtiyacın olduğunu qeyd edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bu prosesdə şairlər, yazıçılar və jurnalistlər son dərəcə mühüm rol oynayırlar. Onlar qloballaşan dünyada türk varlığını aktual saxlayan peşə sahibləri, ziyalılardır.
Görüşdə digər çıxış edənlər də türk dünyasının konsolidasiyası ilə bağlı görülən işlərin vacibliyini əsaslandırıblar. Görüşdə bu mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı Birliyin layihəsi çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, qonaqlar ölkəmizdə səfərləri çərçivəsində kifayət qədər məhsuldar görüşlər keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 19.09.2026 [15:37]
Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?
- 19.09.2026 [15:28]
Həkəri çayında batan şəxsin meyiti tapılıb
- 19.09.2026 [15:12]
Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO
- 19.09.2026 [13:50]
Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb
- 19.09.2026 [12:08]
Dörd yaşında yarımçıq qalan ömür
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]