QAN YADDAŞI


Türkiyə mediası 20 Yanvar faciəsi ilə bağlı geniş məlumatlar yayıb

Ankara, 21 yanvar, AZƏRTAC

Qara Yanvar faciəsi ilə əlaqədar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş materiallar yayılıb. Məlumatlarda diqqətə çatdırılır ki, sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Bakı vaxtı ilə saat 12:00-da bütün Azərbaycanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, TRT-nin əksər media quruluşları, “CNN Türk”, “Haber Global” telekanalları, “Sabah”, “Hurriyet” və digər nüfuzlu qəzetlər 20 Yanvar faciəsinin səbəb, məqsəd və acı nəticələrindən, Azərbaycan xalqının qəhrəman şəhidlərinə göstərdiyi tükənməz sevgi və məhəbbətdən bəhs ediblər.

Məlumatlarda, eləcə də yayılan videomateriallarda türkdilli ictimaiyyətə məlumat verilir ki, ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verərək, böyük cəsarətlə 20 Yanvar faciəsini törədən M.Qorbaçov başda olmaqla Qara Yanvar cinayətini törədənləri kəskin ittiham edib.

Məlumatlarda, həmçinin 20 Yanvar faciəsi Azərbaycan xalqının dövlətçilik tarixində qəhrəmanlıq salnaməsi kimi səciyyələndirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.