QAN YADDAŞI


Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı sənədli film çəkilib VİDEO

İstanbul, 20 yanvar, AZƏRTAC

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı sənədli film çəkilib.

AZƏRTAC xəbər verir ki, “Can Azərbaycan” media şirkəti tərəfindən hazırlanmış filmdə Türkiyənin İstanbul və Marmara universitetlərinin professorları Halil Bal və Okan Yeşilot, eləcə də tədqiqatçı-yazıçı Aygün Həsənoğlunun fikirləri yer alır.

Filmdə Azərbaycan xalqının qəhrəmanlıq ruhunun silahlar qarşısında yenilməyəcəyi əsas mövzu olaraq qeyd olunur.

Ekran əsərində Bakıda və ətraf rayonlarda törədilən qətliamı əks etdirən kadrlarla yanaşı, müstəqil Azərbaycanın inkişafı yer alır.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.