İDMAN


UEFA Çempionlar Liqası: Ağdamın “Qarabağ” klubu Bakıda İsveçrənin “Sürix” komandasına qalib gəlib VİDEO

Bakı, 19 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdam təmsilçisi İsveçrənin “Sürix” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Azərbaycan çempionu “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində İbrahima Vadji dubl edib, Kadi Borges isə fərqlənib. Rəqib komandanın qollarını Lindrit Kamberi və Mirlind Kryeziu vurublar.

"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.

Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.