UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur.
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi iyunun 12-də UNESCO-nun Parisdəki Baş Qərargahında beynəlxalq səviyyədə qeyd ediləcək. Bununla əlaqədar həmin gün rəsmi tədbir, sərgi və konsert təşkil olunacaq. Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, yubiley tədbirinə Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar qatılacaqlar.
Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [06:00]
Bu gün 23 mindən çox bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
- 16.05.2026 [22:46]
BDU-da “Turan” ansamblının mühazirə-konserti təşkil olunub
- 16.05.2026 [19:33]
Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixləri açıqlanıb
- 16.05.2026 [17:18]