Ukrayna Prezidenti Vladimir Zelenski ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.