MƏDƏNİYYƏT


Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert təşkil edilib

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də Heydər Əliyev Mərkəzinin parkında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Samir Cəfərov, Mənsum İbrahimov, Ağadadaş Ağayev, Gülyaz və Gülyanaq Məmmədovalar, İlqar Muradov, Mələkxanım Əyyubova, Əməkdar artistlər Fərqanə Qasımova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, tanınmış ifaçılar Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ərəstun Quliyev, həmçinin “Mirvari” rəqs ansamblı çıxış edib.

Sənətçilərin səsləndirdikləri mahnı və kompozisiyalar paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının alqışları ilə qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.