Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üzeyir Hacıbəyli Gəncədə musiqi sənətinin inkişafında böyük rol oynayıb

Üzeyir Hacıbəyli Gəncədə musiqi sənətinin inkişafında böyük rol oynayıb

Gəncə, 18 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Bəşəriyyətin musiqi xəzinəsini özünün əvəzsiz sənət nümunələri ilə zənginləşdirən, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün - sentyabrın 18-i hər il ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.

Dahi sənətkarın həyatının bir çox məqamları qədim şeir, sənət ocağı olan Gəncə ilə bağlıdır. Üzeyir bəy hələ Qori seminariyasında təhsil alarkən (1898-1904-cü illər) gəncəli dostu İsmayıl Qayıbovla tez-tez bu şəhərdə qonaq olardı. Hər səfərində o, şəhərin tanınan musiqiçiləri ilə görüşər, yerli folkloru toplayardı.

AZƏRTAC-ın bölgə müxbiri Üzeyir Hacıbəyli irsinin tədqiqatçısı, mərhum Rauf İsmayılzadənin dahi bəstəkarın Gəncənin ədəbi-mədəni və musiqi mühiti ilə əlaqələrinə dair məqalələrinə nəzər salıb, maraqlı faktlar əldə edib.

“Leyli” obrazını oynayan Əbdülrəhimi ölümlə hədələyirlər

1908-ci il “Leyli və Məcnun” operasının ilk tamaşasının Azərbaycan mədəniyyəti tarixində yeni səhifə açdığını bu gün hamı təsdiqləyir. Amma çox az adam bilir ki, Leyli rolunun ilk ifaçısı 15-16 yaşlı gənc Əbdülrəhim Fərəcov olub.

Rauf İsmayılzadənin araşdırmalarından məlum olur ki, ötən əsrin əvvəllərində, qadının səhnəyə çıxmasının qeyri-mümkün olduğu bir mühitdə, Leyli obrazını yaratmaq üçün ifaçını tapmaqda Üzeyir bəyə dostu, Gəncədəki 1 nömrəli ümumtəhsil məktəbinin müəllimi İsmayıl Qayıbov kömək edib. O vaxtlar Gəncədə yaşayan Əbdülrəhimin atası Mürsəlqulu kişini razı salmaq üçün Üzeyir Hacıbəyli və İsmayıl Qayıbov xeyli söhbət aparmalı olurlar. Nəhayət, bir şərtlə razılıq əldə edilir: bu barədə heç kim bilməməlidir.

Beləliklə, Əbdülrəhim Fərəcov Bakıya gəlir. Çətin məşqlər başlayır. Tezliklə gənc oğlan Leyli obrazının bütün şeir mətnini əzbərləyir, metsi-soprano qadın səsi ilə çətin partiyaları ifa etməyə müvəffəq olur. İlk tamaşanın uğurlu olmasının səbəblərindən biri də, təbii ki, gənc Əbdülrəhimin məharətli ifası idi.

Leyli rolunun ifaçısının kim olduğunu öyrənən bəzi cahil insanlar onu ölümlə hədələyirlər. Odur ki, Mürsəlqulu kişi oğlu ilə birgə Gəncəyə qayıdır.

Əbdülrəhim Fərəcov insanlar arasında tanındıqdan sonra xalq onu xanəndə kimi el şənliklərinə, toylara dəvət edir. Tar sinfi üzrə musiqi texnikumunu bitirən Ə.Fərəcov Gəncə Dövlət Filarmoniyasında, Gəncə Dövlət Dram Teatrının orkestrində tar ifaçısı kimi işləyir.

“Arşın mal alan” Gəncə səhnəsində

Tədqiqatçı qeyd edir ki, Üzeyir Hacıbəyli Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirovun ən yaxın dostlarından biri olub. Bu, heç də təsadüfi deyildi. M.C.Əmirov Üzeyir Hacıbəylinin Gəncədə səhnəyə qoyulan opera və operettalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy və digər rollarda çıxış etmişdi. Elə bu yaxın münasibətə, yaradıcılıq əlaqələrinə görə M.C.Əmirov 1915-ci ildə Gəncədə özünün “Seyfəlmülk” operasının ilk tamaşasına bəstəkar Üzeyir Hacıbəylini də dəvət edib. Aradan bir il keçəndən sonra, yəni 1916-cı ildə gəncəli sənətsevərlərin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Nizami yurdunda tamaşaya qoyulub.

Üzeyir Hacıbəyli Respublika Xalq Maarif Komissarlığı nəzdində yeni yaradılan İncəsənət şöbəsinin rəhbəri vəzifəsində işlədiyi dövrdə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Gəncədə də musiqi mədəniyyətinin inkişafına güclü təkan verib. Onun tövsiyəsi ilə Murtuza Məmmədov - Bülbül Gəncə incəsənət şöbəsinin sədri seçilib.

İki böyük sənətçinin birgə səyi ilə Gəncədə müsəlman müəllimləri üçün altı həftəlik musiqi kursları təşkil edilib, çalğı alətlərinin alınması üçün xeyli pul və musiqi studiyası üçün bina ayrılıb.

1921-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Gəncədə təkrar tamaşaya qoyulması əlamətdar hadisəyə çevrilir. Məhz Üzeyir Hacıbəylinin təkidi ilə həmin operettada Gəncə qadınlarından Məhbubə xanım Məmmədzadə Gülçöhrə, Dilşad xanım isə Asya rollarında çıxış etmişlər.

Gəncədə istedadlı ifaçıların üzə çıxarılmasında Üzeyir Hacıbəylinin mühüm rolu olub

1923-cü ilin avqustunda musiqi studiyasının bazası əsasında Gəncədə musiqi məktəbi açılır və Məşədi Cəmil Əmirov həmin məktəbə direktor təyin olunur. Böyük bəstəkar yeni sənət ocağı üçün tədris planlarının hazırlanmasında, Moskvadan, Kiyevdən, Sankt-Peterburqdan və başqa yerlərdən ali musiqi təhsilli müəllimlərin dəvət edilməsində M.C.Əmirova yaxından kömək göstərir.

Rauf İsmayılzadə araşdırmalarında qeyd edir ki, vaxtilə Gəncə musiqi texnikumunun direktoru olmuş İsax Bağırov bəstəkarın unudulmaz səfərlərindən birini belə xatırlayıb: “Üzeyir Hacıbəyli 1933-cü ilin sentyabrında Musiqi texnikumuna gəldi. Bəstəkarın təklifi ilə biz evbəev gəzərək skripka və violonçeldə çalmaq üçün milli kadrlar topladıq. Üzeyir müəllimin göstərişi ilə onları ikiqat təqaüdlə təmin etdik. Elə bu bünövrə üzərində bir neçə ildən sonra şəhərimizdə artıq violonçelçalanlar ansamblı və kamera orkestri fəaliyyət göstərməyə başladı”.

Gəncədə istedadlı ifaçıların üzə çıxarılmasında Üzeyir Hacıbəylinin böyük rolu olub. Onun yetirməsi sayılan tarzən Zərif Qayıbov 1934-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya xalqları incəsənəti olimpiadasında, 1937-ci ildə Ümumittifaq Radio Komitəsinin təşkil etdiyi baxışda, 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyündə, 1939-cu ildə yenə də Moskvada, Ümumittifaq xalq çalğı alətləri ifaçılarının müsabiqəsində Gəncənin gənc ifaçılarını məharətlə təmsil edib.

1938-ci ildə Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünə hazırlıq ərəfəsində Üzeyir Hacıbəylinin sədrliyi ilə Bakıda keçirilən birinci baxış müsabiqəsində aşıq İslam Yusifov da iştirak edirdi. Gəncəli aşığın ifasını xüsusi bəyənən Üzeyir Hacıbəyli ona “Aşıqlar ansamblı” yaratmağı məsləhət görüb. Dahi bəstəkarın tövsiyəsini yerinə yetirən İslam Yusifov aradan bir qədər keçəndən sonra Gəncə ifaçıları arasında ilk dəfə Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Üzeyir Hacıbəyli Gəncədə musiqi sənətinin inkişafına daim qayğı ilə yanaşıb. Məhz onun xeyir-duası ilə 1919-cu il aprelin 15-də Gəncədə Dövlət Filarmoniyası təşkil edilib. Belə bir sənət ocağının yaradılması üçün Üzeyir bəy hələ mart ayında Gəncəyə gəlmişdi. Beş gün ərzində burada gərgin iş apararaq baxış müsabiqələri vasitəsilə perspektiv ifaçıları aşkara çıxarmış, onlara uğurlu sənət yolu arzulamışdı.

Tamaşaçı sevgisi...

Daha bir maraqlı məqama diqqət yetirək: 1942-ci ildə “Koroğlu” operasının aktyorları bir günlüyə Gəncəyə gəlmişdi. Tamaşa indiki Xan bağında oldu. Gəncəlilər ifaçıları dönə-dönə alqışlayır, onları səhnədən buraxmaq istəmirdilər. Vəziyyəti belə görən Üzeyir Hacıbəyli tamaşaçılara müraciətlə demişdi: “Sizin səmimi alqışlarınızı qəbul edib söz verirəm ki, sabah və ertəsi gün elə burada sizin üçün, gəncəlilər üçün biletsiz olaraq “Koroğlu” operası təkrar göstəriləcək”.

Üzeyir Hacıbəyli çox müdrik pedaqoq idi. Gəncənin yetirməsi, Şərq simfonizminin ustadı Fikrət Əmirov “Üzeyir məktəbi” məqaləsində yazırdı: “...Bəzən məni Hacıbəyli musiqi stilinin davamçısı adlandırırlar. Bununla ancaq fəxr etmək olar. Öz növbəmdə deyirəm ki, böyük Üzeyirdən mən xalq musiqisinin təmizliyini öyrənmişəm. Onun musiqisinə hər dəfə qulaq asanda sanki ilk dəfə eşidirəm. Bu musiqi illər ötdükcə öz təravətini itirmir. Nə yaxşı ki, bu böyük şəxsiyyətlə ünsiyyətdə olmaq, onun nəsihətlərini eşitmək xoşbəxtliyi mənə nəsib olub”.

Hazırda Gəncədəki böyük küçələrdən biri Üzeyir Hacıbəylinin adını daşıyır. Şəhərin mərkəzində bu küçə Nizami küçəsi ilə birləşir. Məhz bu iki dahinin yaradıcılıq qovuşmasından elə müəllifləri kimi ölməzlik qazanmış “Sənsiz” və “Sevgili canan” romansları yaranmışdır.

Bir sözlə, Üzeyir Hacıbəyli kimi dahi şəxsiyyətlərin həyat və yaradıcılığı ilə daha yaxından tanış olduqca bir daha yəqin edirsən ki, bir millətin yetirməsi olan belə şəxsiyyətlərlə nəinki onun mənsub olduğu xalq, həmçinin bütün mütərəqqi bəşəriyyət fəxr edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Turizm eksperti: Şuşaya gələn hər kəs bu şəhərin tarixi və mənəvi əhəmiyyətini dərk etməlidir

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub

Çində torpaq sürüşməsi baş verib: ölənlər var

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub

ŞƏT-ə sədrlik Pakistana öz güclü tərəflərini nümayiş etdirmək imkanı verəcək - ŞƏRH

İranda yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb

Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq

Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib

Memar: Şuşanın hər bir daşı milli kimliyimizin və tariximizin şahididir

Azərbaycanlı triatlonçu: Bu nəticəni gözləmirdim, amma bunun üçün çalışırdım

Çin vətəndaşı 10 gündən sonra Nepaldakı daşqın bölgəsindən sağ tapılıb

Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir

Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb

Deputat: Tarixi abidələrin üzərinə müxtəlif adların yazılması yolverilməzdir

Lavalda Türkiyə və Azərbaycan mədəniyyəti nümayiş olunub

Hər bir daş, divar, tarixi məkan xalqımızın yaddaşının parçasıdır - AÇIQLAMA

"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib

Şəhidlərin xatirəsi tarixi və mədəni irsə zərər vurmaqla əbədiləşdirilməməlidir – ŞƏRH

Zelenski Kiyev və Moskvaya hava zərbələrinin dayandırılması məsələsinə aydınlıq gətirib

Cavid İsmayıl: Vətən sevgisi onun daşına yazmaqda deyil, daşını qorumaqdadır

Bu saata olan əsas xəbərlər

Minillik tarix, zəngin mədəniyyət: İçərişəhərdə Şanlıurfa Mədəniyyəti Günləri

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışının qalibləri mükafatlandırılıb VİDEO

Tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir - ŞƏRH

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

O yazılar tarixi mənzərəni zədələyir - RƏY

Gülşən Axundova: Tarixi binalara və təbiətə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaş borcudur

Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub

İki şəhid qardaşın atası: Müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz

Asif Nərimanlı: Şuşanın hər daşı və qayası özündə tarix yaşadır

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Vaqif Qasımov: Şuşaya qonaq kimi deyil, onun tarixinin qoruyucusu kimi yanaşmalıyıq

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər