Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin iyunu

Bakı, 17 yanvar, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 iyun - Prezident Heydər Əliyev BMT-nin İnkişaf Proqramının rəhbərini və həmin qurumun Azərbaycandakı əlaqələndirici rezidentini qəbul etdi.

3 iyun - Kislovodskda Rusiya, Ermənistan və Gürcüstanın dövlət başçıları ilə görüşdü.

4 iyun - “Şahdəniz” yatağının birgə işlənməsi ilə bağlı keçirilən tədbirdə çıxış etdi.

12 iyun - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 7-ci sessiyasında nitq söylədi.

14 iyun - Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdü.

20 iyun - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı münasibətilə keçirilən rəsmi qəbulda iştirak etdi.

24 iyun - Ölkədə aqrar islahatların gedişinə və torpaq islahatlarına həsr olunmuş müşavirədə çıxış etdi.

28 iyun - İlin birinci yarısının yekunları ilə bağlı iclas keçirdi.

29 iyun - XXVI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşdü.

X X X

Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildən etibarən həyata keçirdiyi yeni neft strategiyası iqtisadiyyatın möhkəmlənməsi ilə yanaşı, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmişdi. “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli”, “Qarabağ” yataqlarına 1996-cı ildə “Şahdəniz” yatağı da əlavə olundu. İyunun 4-də “Şahdəniz”in işlənməsinə dair müqavilənin imzalanması mərasimində çıxış edən Heydər Əliyev "Əsrin müqaviləsi"nin Azərbaycanın inkişafında rolunu vurğulayaraq dedi: “Biz bu gün dünyanın məşhur və çox güclü neft şirkətləri ilə bu neft müqaviləsini imzalayarkən Azərbaycan Respublikasının iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın, vətəndaşlarımızın rifah halını yaxşılaşdırmaq məqsədi daşıyırıq”. Ulu Öndər bildirdi ki, bu müqavilələrin hazırlanması və onları imzalamaq haqqında qərarlar qəbul edilməsi çox böyük əmək, eyni zamanda böyük iradə tələb edir.

Daxili siyasət kursunda islahatlara böyük önəm verən Heydər Əliyev köhnəliklə qətiyyətlə mübarizə apararaq, yeniliklər yolu ilə milli dövlətçiliyin, milli iqtisadiyyatın əsaslarını yaradırdı. Azərbaycanın tənəzzüldən davamlı inkişaf yoluna çıxması məhz ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatlar strategiyasının nəticəsi idi.

1996-cı il iyunun 24-də ölkədə aqrar islahatların vəziyyəti və torpaq islahatı ilə bağlı geniş müşavirə keçirildi. İslahatların, həmçinin aqrar islahatların dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayan Heydər Əliyev, həmçinin bu sahədəki mövcud nöqsanları açıb göstərdi. Torpaq haqqında qanun layihəsinin qəbul edilməsinin zəruri olduğunu diqqətə çatdıraraq, dövlət mülkiyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatı, sahibkarlığın inkişafına dair fikirlərini bildirdi. Eyni zamanda, qanunların ləng icra olunmasından narazılığını ifadə edərək onu da vurğuladı ki, milli sərvət olan torpağı onu becərən insanlara vermək, bununla bağlı dövlət proqramı qəbul etmək lazımdır.

Sitat: “Biz torpağı qorumalıyıq, ona çox diqqətlə, çox qayğı ilə, - çox ehtiyatla yanaşmalıyıq. Torpağın hər bır kvadratmetri bizim üçün əziz və əvəzsiz bir sərvətdir. Biz torpağa bu mövqedən yanaşmalıyıq. Bununla yanaşı, torpaqdan səmərəli istifadə olunması üçün bundan sonra çox ciddi işlər, çox ciddi tədbirlər görməliyik”.

İqtisadi islahatlar mövzusu iyunun 28-də ilin yekunlarına həsr olunmuş müşavirədə də müzakirə olundu. Ulu Öndər Nazirlər Kabinetinin, iqtisadiyyatın inkişafı ilə birbaşa əlaqədar olan müvafiq nazirliklərin və Prezidentin İcra Aparatının rəhbərlərindən ilin birinci yarısında ölkə iqtisadiyyatında görülən işlər barədə hesabat tələb etdi. Əhalinin sosial rifahının yaxşılaşdırılmasının vacibliyinə diqqət çəkən Heydər Əliyev vurğuladı ki, bazar iqtisadiyyatına keçid üçün müvafiq qanunvericilik bazası yaradılmalı, nizam-intizam gücləndirilməli, idxal və ixrac prosesləri qanunlarla tənzimlənməlidir.

Sitat: “Məlumdur ki, iqtisadiyyatımızın və iqtisadi kompleksdəki işlərin əsas məqsədi və mənası əhalinin rifahını yaxşılaşdırmaq və sosial problemlərin həlli üçün lazımi şərait yaratmaqdır. Əgər biz iqtisadiyyatda istədiyimiz nailiyyətləri əldə edə biləriksə, onda şübhəsiz ki, sosial problemlərin həllində, iqtisadiyyatın sosial yönümünün inkişaf etdirilməsində qarşımızda duran vəzifələri həyata keçirə və məqsədimizə nail ola bilərik”.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrə, eləcə də idmana münasibət kökündən dəyişdi. İdman və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, Azərbaycanın olimpiya hərəkatına qoşulması əsas vəzifə kimi qarşıya qoyuldu. 1992-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) yaranması, İlham Əliyevin 1997-ci ildə MOK-un prezidenti seçilməsi bu sahədə uğurlara yol açdı. Azərbaycan müstəqil ölkə kimi olimpiadada ilk dəfə 1996-cı ildə iştirak etdi. ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya Oyunlarında ölkəmizə yeganə medalı sərbəst güləşçi Namiq Abdullayev gətirdi. Güləşçimizin qazandığı gümüş medalı qızıla bərabər hesab edən Heydər Əliyev onu “Şöhrət” ordeni ilə təltif etdi.

Ulu Öndərin 1996-cı il iyunun 29-da XXVI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşü uğurlar üçün stimul oldu. İlk dəfə müstəqil Azərbaycanı təmsil edən olimpiyaçılara üzünü tutan Heydər Əliyev onların üzərinə böyük məsuliyyət düşdüyünü, idmanın ölkəmizi beynəlxalq arenada tanıtmaq baxımından mühüm əhəmiyyətini vurğuladı, gənc nəslə bəslədiyi inamı ifadə etdi.

X X X

Heydər Əliyevin XXVI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşdəki çıxışından

*İlk dəfədir ki, dünya olimpiya oyunlarında müstəqil Azərbaycanın yığma komandası iştirak edir. Mən şübhə etmirəm ki, gələn olimpiya oyunlarında Azərbaycanın yığma komandası sayca bundan da çox, keyfiyyətcə daha yüksək olacaqdır. Çünki xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir.

*Azərbaycanın müstəqilliyini dönməz, yenilməz, əbədi etmək üçün yeni, gənc nəsil yetişməli, böyüməli və Azərbaycanın bayrağını əllərdən əllərə ötürərək irəliyə aparmalıdır. Bu nəsil sizsiniz, gənclərdir, gənclərin içərisindən seçilmiş idman ustalarıdır.

*Azərbaycanın bir dövlət kimi, böyük təbii sərvətlərə malik olan bir ölkə kimi böyük gələcəyi var. Amma bu gələcəyi biz sizinlə birlikdə qurmalı, yaratmalıyıq və gənclər Azərbaycanın gələcəyini öz çiyinlərində irəliyə aparmalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

Türkiyədə məktəbin qarşısında silahlı insident törədən şəxs saxlanılıb – YENİLƏNİB

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri - MƏQALƏ

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

Bilgəhdə dənizdə batan iki nəfərin meyitləri tapılıb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

TƏBİB ilə ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb VİDEO

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb VİDEO

Azərbaycan Ermənistana mövcud vəziyyətdən çıxış yolunu göstərən siyasi jestlər edir - ŞƏRH

Məktəblərdə vahid geyim tələbinin müəyyənləşdirilməsi fərqli yanaşmaların qarşısını alacaq – ekspert

Samuxda sahibkarın müraciəti əsasında 165 heyvan identifikasiya olunub

® “SİMA İmza” ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb

Dövlət qulluğuna qəbul imtahanı vermək üçün 1753 nəfər qeydiyyatdan keçib

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Avropa çempionatı: Azərbaycanın bir boksçusu yarımfinala, digəri 1/4 finala yüksəlib

Qızıl və gümüşün ucuzlaşması davam edir VİDEO

Qızıl və gümüşün ucuzlaşması davam edir VİDEO

Qarabağ və Şərqi Zəngəzurun xristian dini mərkəzlərinin tədqiqinə qrant ayrılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərinə çıxacaq

Naxçıvan şəhərində yaşayış binasında yanğın baş verib

Bu gün Ümumdünya Avtomobilsiz Günüdür

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Kolumbiya səfiri “ASAN xidmət”də olub

Bakının üç rayonunda elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq

Sentyabrın 22-si Ümumdünya Filləri Müdafiə Günüdür

Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Dünyada kərgədanların qorunması məsələsinə bu gün xüsusi diqqət yetiriləcək

Maştağada fərdi yaşayış evində partlayış baş verib, xəsarət alanlar var VİDEO

Maştağada fərdi yaşayış evində partlayış baş verib, xəsarət alanlar var VİDEO

Mopeddən oğurluq edən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Bundan sevincli, bundan şad gün ola bilməz VİDEO

Keçmiş məcburi köçkün: Bundan sevincli, bundan şad gün ola bilməz VİDEO

Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün: Çox şükür bugünkü günümüzə VİDEO

Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün: Çox şükür bugünkü günümüzə VİDEO

Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb VİDEO

Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb VİDEO

Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksəksəviyyəli görüş keçirilir

Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib

İraqın Baş naziri 2027-ci ilədək ölkədəki silahlı qrupların tərk-silah ediləcəyini açıqlayıb

Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Rumıniyada COVID-19-dan ölən şəxslərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb

Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb

Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Böyük Britaniya Səudiyyə Ərəbistanına husilərə qarşı mübarizədə yardım göstərə bilər

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır

Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar

“Sabah”ın UEFA Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışa çıxarılıb

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb VİDEO

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb VİDEO

Bağdad İƏT Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına ev sahibliyi edəcək

Qazaxıstanda yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olunub

Almaniyada regional seçkilərin nəticələri ölkənin siyasi gündəmində ciddi müzakirələrə səbəb olub

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

Nikola Düpon-Enyan: Fransanın Aİ-dən çıxmasını təklif edən yeganə namizəd mən olacağam

Bu saata olan əsas xəbərlər

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir

Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsert

Antiterror əməliyyatlarının iştirakçısı: Xankəndiyə daxil olanda özümüzdə böyük rahatlıq hiss etdik

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq monotamaşalar festivalında iştirak edəcək

Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı

Toğrul Əsədullayev: Yeni layihələrimizdə muğam sənətinin təbliğinə xüsusi yer verilir

Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib

Xəzərdə zəlzələ olub

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

Ermənistanın siyasi rəhbərliyi revanşist çağırışlara qarşı aydın mövqe nümayiş etdirməlidir - ŞƏRH

Musiqiçi: Tədqiqatlarımda əsas diqqəti qədim macar klassik musiqisinin izlərinin araşdırılmasına yönəldirəm

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB 2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Natəvan poeziyasında qəlbin etirafları

Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun qızı: Atamın ölümündən sonra arxivdə tamamlanmamış bir şeir tapdıq

Sərdar Salmanzadə: Uşaq futbolunun inkişafı üçün yarışların sayını artırmaq lazımdır - MÜSAHİBƏ

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub

TDT regionu enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər VİDEO

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib

AMB nümayəndəsi: Azərbaycanda Y və Z nəsilləri krediti daha çox maliyyə aləti kimi nəzərdən keçirirlər