Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin iyulu

Bakı, 22 fevral, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

x x x

1 iyul - Prezident Heydər Əliyev İçkeriya Çeçen Respublikasının Prezidenti Aslan Məshədovu qəbul etdi.

2 iyul - Moskvaya rəsmi səfərə yola düşdü, həmin gün Kremldə Rusiya Federasiyasının Baş naziri V.Çernomırdinlə, xarici işlər naziri Y.Primakovla və Moskva meri Y.Lujkovla görüşdü.

3 - iyul - Moskvaya səfəri çərçivəsində Kremldə Rusiya Prezidenti Boris Yeltsinlə görüşdü, onunla birgə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqaviləni imzaladı. Həmçinin Rusiya Federasiya Şurasının və Dövlət Dumasının sədrləri, Rusiyanın müdafiə naziri ilə görüşdü və digər görüşlər keçirdi, RF Prezidenti adından Azərbaycan Prezidentinin şərəfinə Kremldə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.

4 iyul - Rusiyanın maliyyə və işgüzar dairələrinin nümayəndələri və Rusiya Elmlər Akademiyasının üzvləri ilə görüşlər keçirdi. “Exo Moskvı” radiostansiyasına birbaşa efirdə müsahibə verdi.

5 iyul - Respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitq söylədi.

8-9 iyul - NATO-nun üzvü olan ölkələrin hökumət başçılarının Madriddə keçirilən sammitində iştirak etmək üçün İspaniyada səfərdə oldu.

16 iyul - Respublikada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirdi.

Pakistan İslam Respublikasının xarici işlər naziri Gövhər Əyyub Xanı qəbul etdi.

18 iyul - ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi, Yunanıstanın müdafiə naziri Akis Tsoxadzopulos ilə görüşdü.

19 iyul - Azərbaycanda 1997-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları, aqrar islahatın və özəlləşdirmənin gedişi, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş müşavirə keçirdi.

21 iyul - Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müşaviri, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinskini qəbul etdi.

23 iyul - Bibiheybət məscidinin bərpasına başlanması mərasimində çıxış etdi.

25 iyul - BMT-nin respublikamızdakı nümayəndəsi Paolo Lembonu qəbul etdi.

27 iyul - ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarına ilk dövlət səfərinə yola düşdü.

28-31 iyul - ABŞ-a səfəri çərçivəsində BMT-də akkreditə olunmuş xarici jurnalistlər üçün mətbuat konfransında bəyanat verdi.

ABŞ-dakı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı Təşkilatı adından Azərbaycan Respublikası Prezidentinin şərəfinə rəsmi qəbulda çıxış etdi, Nyu-Yorkda Azərbaycan-Amerika Ticarət Palatasının və Beynəlxalq Anlaşma Təşkilatı İşgüzar Şurasının üzvləri, BMT-də akkreditə olunmuş dövlətlərin daimi nümayəndələri ilə görüşlər keçirdi.

ABŞ-ın tanınmış politoloqları, siyasi xadimləri və mətbuat nümayəndələri ilə keçirilən görüşdə çıxış etdi, Corctaun Universitetinin professor-müəllim heyəti, tələbələr, Amerika ictimaiyyətinin nümayəndələri, görkəmli siyasi və dövlət xadimləri və diplomatları ilə görüşdü.

x x x

1997-ci ilin iyun-iyul aylarında Azərbaycanda təbii fəlakət baş verdi. Bir sıra bölgələrində şiddətli leysan yağışları, dolu, sel və daşqınlar nəticəsində 12 nəfər həlak oldu, yüzlərlə ev və sosial obyektlər dağıldı və ya ciddi zədələndı, kommunikasiya sistemlərinə, dövlət təsərrüfatına və əhaliyə külli miqdarda maddi ziyan dəydi. Prezident Heydər Əliyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görürdü. İyulun 16-da bununla bağlı müşavirə keçirildi. Tədbirdə çıxış edən dövlət başçısı aidiyyəti təşkilatlara tapşırıqlar verdi. Qısa müddət ərzində görülən təcili tədbirlər nəticəsində fəlakət baş vermiş rayonlarda qəza vəziyyətinin genişlənməsinin qarşısı alındı, həyat təminatı obyektlərinin fəaliyyəti müvəqqəti sxem üzrə bərpa edildi. Bu məsələ iyulun 19-da 1997-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş müşavirədə bir daha müzakirə olundu.

İyulun 22-də isə “Azərbaycan Respublikasının bir sıra bölgələrində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında” Prezident Sərəncamı imzalandı. Əhaliyə və ölkənin iqtisadiyyatına dəymiş ziyanın aradan qaldırılmasını təmin etmək məqsədilə dövlət büdcəsində vəsait ayrıldı. Təbii fəlakət baş vermiş rayonlarda bərpa işlərini 1997-ci ilin sonunadək başa çatdırmaq məqsədilə müvafiq proqram hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verildi.

Ulu Öndər Azərbaycanda 1997-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları, aqrar islahat və özəlləşdirmənin gedişi məsələlərinə həsr olunmuş müşavirədə qazanılan nailiyyətlərlə yanaşı, bu sahədə yol verilmiş nöqsanlardan danışdı, inkişafa mane olan sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarını kəskin tənqid etdi.

Sitat: Unutmamalıyıq ki, hələ nöqsanlarımız çoxdur. O cümlədən iqtisadi islahatların həyata keçirilməsində nöqsanlar çoxdur, özəlləşdirmə proqramının, torpaq islahatının, bütün başqa islahatların həyata keçirilməsində nöqsanlarımız, çatışmazlıqlarımız çoxdur. Bunu unutmamalıyıq və bu gün belə bir əhval-ruhiyyə yaranmasın ki, bizdə hər şey artıq yaxşı vəziyyətdədir. Xeyr, xeyr, indi bizim vəzifəmiz ilin ikinci yarısını daha yaxşı göstəricilərlə başa çatdırmaqdır və ili daha yüksək göstəricilərlə tamamlamaqdır. Bu, bizim əsas vəzifəmizdir. Ona görə də bir tərəfdən, əldə olunan təcrübəni daha da səmərəli tətbiq etmək, ondan istifadə etmək lazımdır. İkinci tərəfdən, mövcud olan nöqsanları aradan qaldırmaq lazımdır. Onlar isə çoxdur. Bu baxımdan, yenə də ümumiyyətlə, iqtisadiyyatda, bütün həyatımızda insanlara mane olan rüşvətxorluq, vəzifədən sui-istifadə etmək, korrupsiya, - bu hallar respublikamızda mövcuddur və heç kəs elə hesab etməsin ki, bunlar aradan qaldırılıbdır, - bunlara qarşı qanunlar vasitəsilə mübarizə, bizim dövlət prinsipləri vasitəsilə mübarizə aparılmalıdır. İnzibati orqanlar da mübarizə aparmalıdır. Ancaq dərd burasındadır ki, inzibati orqanların özünün içərisində korrupsiya, rüşvətxorluq çoxdur.

Xronologiyadan göründüyü kimi, 1997-ci ilin iyulu Prezident Heydər Əliyevin xarici ölkələrə 3 səfəri ilə əlamətdar olub. İyulun 8-9-da NATO ölkələri hökumət başçılarının Madriddə keçirilən sammitində iştirak etmək üçün İspaniyada səfəri zamanı müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlər keçirən Ulu Öndər Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm irəliləyişə nail oldu. Səfərin birinci günü keçirilmiş yüksək səviyyəli görüşlərin siyahısı öz-özlüyündə hər şeyi deyir: Türkiyə Prezidenti Süleyman Dəmirəl, Ukrayna Prezidenti Leonid Kuçma, NATO-nun Baş katibi Havyer Solana, Böyük Britaniya və Şimali İrlandiya Krallığının Baş Naziri Toni Bleyr, Fransa Prezidenti Jak Şirak, Polşa Prezidenti Aleksandr Kvasnevski, Moldova Prezidenti Petru Luçinski, Estoniya Prezidenti Lennart Meri, Almaniyanın Federal Kansleri Helmut Kol, Latviya Prezidenti Quntis Ulmanis, Litva Prezidenti Algirdas Brazauskas, Çexiya Prezidenti Vatslav Havel, Makedoniya Prezidenti Kiro Qliqorov, Rumıniya Prezidenti Emil Konstantinesku, Macarıstanın Baş naziri Dyula Horn, Sloveniyanın Baş naziri Janev Drnovçek, Bolqarıstan Prezidenti Pyotr Stoyanov və İspaniya kralı Xuan Karlos ilə görüşlər.

Səfərin ikinci günü də görüş və danışıqlar baxımından məhsuldar oldu. Heydər Əliyev ABŞ Prezidenti Bill Klinton, Dövlət katibi Madlen Olbrayt, Gürcüstan Prezidenti Eduard Şevardnadze, İtaliyanın Baş naziri Romano Prodi, Norveçin Baş naziri Turbern Yaqland, Kanadanın Baş naziri Jan Kretyen, İspaniya hökumətinin başçısı Xose Mariya Aznar, Avstriyanın Federal kansleri Viktor Klima, Belçikanın Baş naziri Jan-Lük Dean, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər və Birlik Məsələləri üzrə Dövlət katibi Robin Kuk ilə görüşdü. Həmçinin Avropa-Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iclasında nitq söylədi.

Ulu Öndər ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə 1997-ci il iyulun 27-də Birləşmiş Ştatlara səfər etdi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş respublikanın Prezidentinin ABŞ-a səfərə dəvət olunması Heydər Əliyevə hörmət və etimadın əlaməti idi, eyni zamanda, səfər özünün zəngin proqramı ilə fərqlənirdi. Səfərin ilk günlərində Azərbaycan Prezidenti ölkəmiz, xüsusən Qarabağ həqiqətlərinin Qərb ictimaiyyətinə çatdırılması üçün yaranmış fürsətdən istifadə edərək populyar “İnstityuşnal investor” jurnalına, “Uoll Strit Cornal”, “Filadelfiya İnkuayrer” və “Cornel of Kommers” qəzetlərinə, həmçinin ABŞ Konqresinin binasında konqresdə keçirdiyi görüşlərin nəticələri haqqında jurnalistlərə müsahibələr verdi. NATO-nun Baş katibi Xavyer Solana, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Uilyam Riçardson, BMT-nin Baş katibi Kofi Annan, ABŞ-ın tanınmış siyasi xadimi Henri Kissincer, ABŞ-dakı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı Təşkilatı rəhbərləri, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin səfirləri, “BP Amerika” neft şirkətinin rəhbərləri, “British Petroleum” şirkətinin vitse-prezidenti R.Çeys, “Hallibörtn” korporasiyasının prezidenti, Amerika-Azərbaycan Ticarət Palatasının fəxri məsləhətçisi Riçard Çeyni, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nyut Qinqriç və konqresmenlər Con Bonər, Tom Delay, Kris Köks, Con Linder və digər siyasətçilərlə, rəsmilərlə görüşdü. Bu, Vaşinqtonda keçirilən görüşlərin heç də tam siyahısı deyil. Ulu Öndər hər xarici səfəri zamanı olduğu kimi, ABŞ-da yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə də görüşərək onlarla səmimi söhbət etdi. Həmçinin BMT-də akkreditə olunmuş xarici jurnalistlər üçün mətbuat konfransında bəyanat verdi, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin daimi nümayəndələri ilə görüşdə nitq söylədi.

ABŞ-ın tanınmış politoloqları, siyasi xadimləri və mətbuat nümayəndələri ilə keçirilən görüşdə çıxış edən Ulu Öndər Amerika-Azərbaycan münasibətlərindən, Ermənistan-Azərbaycan münaqişəsindən, Xəzər dənizinin statusu ilə bağlı ölkəmizin mövqeyindən və digər aktual məsələlərdən danışdı, vacib problemlərə toxundu.

X X X

Heydər Əliyevin ABŞ-ın tanınmış politoloqları,
siyasi xadimləri və mətbuat nümayəndələri ilə görüşdəki nitqindən

 Müstəqil bir dövlət kimi Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamaq və ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət qurmaq üçün Amerika Birləşmiş Ştatları ilə sıx əməkdaşlığa ehtiyacı vardır.

 Amerika-Azərbaycan əməkdaşlığı uğurla davam edir. İndiyə qədərki əlaqələrimizdə əldə etdiyimiz nailiyyətləri mən müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin yaranmasının əsasını qoya bilmişik.

 Bizim iqtisadi əlaqələrimiz müvəffəqiyyətlə inkişaf edir. Ancaq Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanda Amerika Birləşmiş Ştatlarının iqtisadi maraqlarını təmin etmək üçün respublikamızın bir çox çətin problemlərinin həllində Amerikanın yardımına ehtiyac vardır.

 Bizim üçün ən mühüm problem Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi, Amerika Birləşmiş Ştatlarının Konqresi tərəfindən Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz 907-ci maddənin aradan götürülməsi məsələsidir.

 Xəzər dənizinin statusunun müəyyən olunmasında bu prinsipə üstünlük verilir: Xəzər dənizi qeyri-adi bir su hövzəsidir, ancaq dünyada buna bənzər göllər, su hövzələri var və onların sektorlara bölünməsi və yaxud sərhədə görə ayrı-ayrı ölkələrə mənsub olması presedenti var. Bizim fikrimiz budur və biz bu fikrimizdən dönməyəcəyik.

 Ermənistanda Rusiyanın böyük hərbi hissələri, hərbi bazası var və Rusiya ilə Ermənistan arasında hərbi ittifaq var. Ermənistanın Türkiyə və İranla sərhədlərini də Rusiyanın qoşunları mühafizə edir. Gürcüstan da belə vəziyyətdədir. Amma biz Qafqazda yeganə dövlətik ki, ölkəmizdə bir dənə də rus əsgəri yoxdur.

 Belə çətin vəziyyətdə olduğumuz halda, Rusiya dəfələrlə bizə təklif edib ki, onun qoşunlarının Azərbaycanda yerləşdirilməsinə razılıq verək və onlar işğal olunmuş torpaqları azad etsinlər. Ancaq biz buna razılıq verməmişik.

 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladığı zaman xalq məni tələb etdi, Bakıya gəldim. O vaxtdan da Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq prosesi ilə məşğulam.

 Qafqazda Azərbaycanın tam dövlət müstəqilliyini qoruyub saxlamaq çox çətindir. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyon vətəndaşımız qaçqındır, çadırlarda yaşayır. Qonşularımızdan Gürcüstanla, Türkiyə ilə çox dostuq. Ancaq çox güclü rəqiblərimiz, düşmənlərimiz var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb