ELM VƏ TƏHSİL


Xəzər Universitetində tədris ilinin yekunları müzakirə edilib

Bakı, 16 iyul, AZƏRTAC

Xəzər Universitetində tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı tədris ilinin yekunlarından, qarşıda duran vəzifələrdən danışıb. O, xarici ölkələrdən tələbələrin cəlb olunması işinin fəallaşdırılmasının, orta məktəb şagirdləri ilə universitetin əlaqələrinin möhkəmləndirilməsinin, Məzunlar Assosiasiyasının, Xəzər Universitetinin Dostları Fondunun təşkilinin başa çatdırılmasının zəruriliyini vurğulayıb.

Universitetin rektoru, dosent İradə Xəlilova, tədris işləri üzrə prorektor, professor Məhəmməd Nuriyev gələcək planlardan bəhs ediblər.

Müşavirədə qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.