Yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutan turnirdə qızlar və oğlanlar iştirak edirlər.
AAF-dan AZƏRTAC-a bildiriblər ki, çempionatda 120-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır. Yarışda paytaxt klublarından başqa, Sumqayıt, Gəncə, İsmayıllı, Bərdə və Xızı rayonundan olan atletlər məharətlərini nümayiş etdirirlər. Yarışın birinci günündə atletlər qaçışın üç növü (100, 400, 3000) üzrə güclərini sınayırlar. Bundan başqa, idmançılar üçtəkanla tullanma, nüvəitələmə və nizəatma üzrə də mübarizə aparırlar.
Qaliblər federasiya və nazirlik tərəfin diplom və medallarla təltif olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [18:50]
Azərbaycan Kuboku: Final oyunu üçün start heyətləri bəlli olub
- 13.05.2026 [18:34]
Azərbaycanın 7 karateçisi Avropa çempionu olub
- 13.05.2026 [18:25]
Azərbaycanın U-21 millisi Türkiyədə 2 yoldaşlıq oyunu keçirəcək
- 13.05.2026 [17:46]
Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub
- 13.05.2026 [17:01]
Robert Levandovski “Barselona”nı tərk edir
- 13.05.2026 [16:21]
Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşib
- 13.05.2026 [15:37]