Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “AccessBank” fərdi bankçılıqda güclənir: VIP seqmentində 70 faizlik artım

®  “AccessBank” fərdi bankçılıqda güclənir: VIP seqmentində 70 faizlik artım

Müştərilərimizin zamanının nə qədər dəyərli olduğunu çox yaxşı bilirik. "AccessBank" olaraq onların işlərini asanlaşdıran, vaxt və enerji itkisini minimuma endirən fərdi həllər təklif edirik. Detalları düşünür, prosesləri optimallaşdırır və gündəlik qayğıları yüngülləşdirmək üçün çalışırıq.

VIP Club üzvlüyü – sadəcə status deyil, bu, fərdi yanaşma, yüksəksəviyyəli xidmət və etibarlı tərəfdaşlıq deməkdir. Bu yanaşmanın nəticəsidir ki, son iki ildə "AccessBank"ın VIP müştəri seqmentində ciddi artım müşahidə olunub.

Bu uğurun arxasında duran səbəbləri və "AccessBank"ın fərdi bankçılıq strategiyasını öyrənmək üçün "AccessBank"da “VIP Club”un rəhbəri Vüsalə Həsənova ilə söhbətləşdik.

-VIP Club artıq iki ildir ki, müştərilərə özəl maliyyə və qeyri-maliyyə xidmətləri təklif edir, ötən iki ili necə qiymətləndirərdiniz?

- Son iki ili komandamız üçün həm uğurlu, həm də dinamik inkişaf dövrü kimi qiymətləndiririk. İlk gündən əsas məqsədimiz VIP müştərilərimizə, sadəcə, xidmət göstərmək deyil, onların gözləntilərini aşan, fərqli və premium təcrübə təqdim etmək olub. Bu istiqamətdə atdığımız addımlar öz bəhrəsini verdi – fərdi yanaşmamız və yüksək xidmət keyfiyyəti müştərilər tərəfindən müsbət qarşılandı, nəticə etibarilə müştəri portfelimizdə əhəmiyyətli artım müşahidə olundu. Maliyyə xidmətləri çərçivəsində müştərilərimizin gəlirlərini daha effektiv idarə etmələri üçün depozit, kredit və investisiya məhsulları üzrə kompleks həllər təqdim etdik. Bununla yanaşı, qeyri-maliyyə xidmətləri sahəsində də aktiv fəaliyyət göstərərək aviabilet və turpaketlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə giriş imkanları kimi əlavə dəyərlər yaratdıq. Məqsədimiz müştərilərimizin yalnız maliyyə deyil, ümumilikdə həyat keyfiyyətini artırmaqdır. Bu ikiillik yol bizə bir daha göstərdi ki, uzunmüddətli və dayanıqlı uğur yalnız nəticələrlə deyil, etimada əsaslanan xidmət modeli ilə mümkün olur. İndi isə qarşıda bizi daha böyük hədəflər və daha yüksək keyfiyyət standartları gözləyir, çünki VIP Club təcrübəsi bizim üçün sadəcə bir xidmət deyil, etibar və dəyərə əsaslanan bir yanaşmadır. Bu yanaşmanı daha da genişləndirmək və müştərilərimiz üçün davamlı yeniliklər yaratmaq əsas prioritetlərimizdəndir.

-İki il ərzində təklif edilən xidmət çeşidində və müştəri seqmentində nə qədər dəyişikliklər baş verib?

-Bu müddət ərzində həm təqdim etdiyimiz xidmətlərin çeşidində, həm də müştəri seqmentində ciddi dəyişikliklər baş verdi. Əvvəllər əsasən yüksəkgəlirli fərdi müştərilərə fokuslanırdıqsa, bu gün artıq böyük şirkət rəhbərləri, yüksəkvəzifəli şəxslər və aktiv sahibkarlar da VIP Club-un imkanlarından faydalanmağı seçirlər. Bu dəyişiklik bizim üçün təqdim etdiyimiz dəyərin daha geniş auditoriya tərəfindən tanındığının və qəbul edildiyinin göstəricisidir. Bu dövr ərzində müştəri bazamızda təxminən 70 faizlik artım qeydə alınıb. Təbii ki, bu, yalnız say baxımından deyil, həm də keyfiyyət baxımından ciddi bir inkişaf deməkdir. Əgər əvvəllər diqqət daha çox əmanətlər, kreditlər və fərdi bankçılıq xidmətlərinə yönəlmişdisə, bu gün artıq müştərilərimiz investisiya alətlərinə və qeyri-maliyyə üstünlüklərinə daha çox maraq göstərirlər. Söhbət eksklüziv səyahət imkanlarından, fərdi maliyyə məsləhətlərindən və 24/7 rejimində fəaliyyət göstərən şəxsi bankçılıq xidmətindən gedir. Bu yeniliklər sayəsində müştərilərimizlə daha yaxın və etibarlı münasibətlər qurmağa nail olmuşuq. Etimadın artması isə bizi daim inkişaf etməyə, xidmət keyfiyyətini daha da yüksəltməyə təşviq edir. Hazırda əsas məqsədimiz bu təcrübəni daha geniş auditoriyaya çatdırmaq və VIP Club-u premium bank xidmətləri sahəsində lider mövqeyə yüksəltməkdir.

-Növbəti illərdə müştərilərə hansı yeni xidmətlər təklif ediləcək?

-Növbəti illərdə əsas məqsədimiz – VIP Club üzvlərinə daha da fərdi yanaşmaq və onların real ehtiyaclarına uyğun yeni, dəyərli xidmətlər təqdim etməkdir. Hazırda bu istiqamətdə intensiv işlər aparırıq. Planlarımız arasında premium tərəfdaş şəbəkəsinin genişləndirilməsi, müştərilərimizə xüsusi imtiyazlar, fərdi güzəştlər və unikal üstünlüklər təqdim olunması da nəzərdə tutulur. Biz istəyirik ki, VIP Club yalnız maliyyə xidmətləri ilə deyil, həm də müştərinin həyat tərzinə dəyər qatan bir təcrübə ilə fərqlənsin. Əsas hədəfimiz ondan ibarətdir ki, VIP Club üzvləri hər zaman özlərini seçilmiş, xüsusi və diqqət mərkəzində hiss etsinlər. Bu hissi yaratmaq və onu davamlı saxlamaq bizim üçün çox önəmlidir.

- Azərbaycanın bank sektorunda bu cür xidmətə tələbi necə qiymətləndirirsiniz, ümumiyyətlə rəqabət varmı?

-Son illərdə Azərbaycanda fərdi və yüksəksəviyyəli bank xidmətlərinə maraq əhəmiyyətli dərəcədə artıb. Müştərilər artıq, sadəcə, bank əməliyyatları ilə kifayətlənmirlər – onlar gündəlik həyatlarına dəyər qatan, rahatlıq və üstünlüklər təqdim edən kompleks xidmətlər axtarırlar. Bazarda bu sahədə fəaliyyət göstərən digər banklar da mövcuddur, lakin VIP Club fərdi yanaşması və həm maliyyə, həm də qeyri-maliyyə sahəsində təqdim etdiyi geniş imkanları ilə fərqlənir. Bizim əsas məqsədimiz – müştərilərimizin gözləntilərini qabaqlamaq, onlara hər dəfə fərqli və üstün təcrübə yaşatmaqdır.

Rəqabət mühiti sağlam inkişaf üçün vacibdir. Lakin biz VIP Club olaraq lider mövqeyimizi qorumağa və onu daha da möhkəmləndirməyə fokuslanmışıq. Bu istiqamətdə davamlı olaraq yeni imkanlar üzərində çalışırıq və daim inkişafa açığıq.

-İki il ərzində öz komandanızda hansı dəyişikliklər baş verib, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün hansı işlər görülüb?

-Son iki il ərzində komandamızda bir sıra mühüm dəyişikliklər baş verib. İlk növbədə, komandanın tərkibi genişləndirilib və paralel olaraq ixtisaslaşma səviyyəsi artırılıb. Müştərilərimizə daha yüksək səviyyədə xidmət göstərə bilmək üçün struktur daxilində funksional bölgülər və məsuliyyətlər daha dəqiq şəkildə formalaşdırılıb.

Xidmət keyfiyyətinin davamlı şəkildə artırılması məqsədilə əməkdaşlarımız üçün müntəzəm təlim proqramları həyata keçirilir. Bu təlimlər xüsusilə VIP müştərilərlə effektiv ünsiyyət, fərdi bankçılıq strategiyalarının tətbiqi və premium xidmət standartları üzrə ixtisaslaşmanı əhatə edir. Məqsədimiz odur ki, komandamız yalnız bu günün deyil, sabahın tələblərinə də hazır olsun və hər bir müştəriyə fərdi yanaşma göstərə bilsin.

-Bankın daxilində hansı qərarlar və ya strategiya müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına dəstək olur?

-"AccessBank"da müştəri məmnuniyyəti bizim üçün prioritet məsələlərdən biridir. Bu məqsədlə hər bir müştərinin fərdi ehtiyaclarına uyğun xidmət modeli formalaşdırılıb. Bu yanaşma sayəsində müştəri təcrübəsi daha fərdiləşdirilmiş olur və onlar bank xidmətlərindən daha effektiv, sürətli və rahat şəkildə yararlana bilirlər.

Müştəri məmnuniyyətini ölçmək və inkişaf etdirmək üçün mütəmadi monitorinqlər keçirilir, müştəri rəyləri diqqətlə təhlil olunur. Bu rəylər xidmətlərin təkmilləşdirilməsi üçün birbaşa əsas kimi qəbul edilir. Eyni zamanda, bazar araşdırmaları və müştəri sorğuları əsasında yeni məhsul və xidmətlər üzrə həllər hazırlanaraq tətbiq olunur. Bu çevik və dinamik yanaşma müştəri gözləntilərini qabaqlamağa imkan verir.

-2025-ci il üçün hədəfləriniz?

-2025-ci il üçün əsas hədəfimiz – mövcud müştəri məmnuniyyətini qoruyub saxlamaqla yanaşı, xidmət keyfiyyətini daha da yüksəltməkdir. Eyni zamanda, yenilikçi və innovativ həllər təqdim edərək, müştərilərimizin dəyişən ehtiyaclarına daha operativ və effektiv cavab verməyi planlaşdırırıq.

Bununla yanaşı, VIP Club-un lider mövqeyini bazarda daha da möhkəmləndirmək və təqdim etdiyimiz xidmətləri daha geniş auditoriyaya çatdırmaq əsas istiqamətlərimizdəndir. Məqsədimiz – fərqləndirici xidmət modeli ilə premium bankçılıq sahəsində yenə də nümunəvi təcrübə yaratmaqdır.

-Maraqlı müsahibə üçün təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayırıq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb