® “BirBank” mobil tətbiqi vasitəsilə “www.edvgerial.az” portalındakı şəxsi kabinetinizi idarə edin
Xəbər verdiyimiz kimi, "Kapital Bank"ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir neçə ay əvvəl “www.edvgerial.az” portalını istehlakçıların ixtiyarına verib.
Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, iyulun 10-dək təqribən 365 min nəfər portaldan qeydiyyatda keçib, 5 milyon manata yaxın vəsait çeklər əsasında müştərilərə geri qaytarılıb. Layihə çərçivəsində "BirBank" mobil tətbiqi istifadəçiləri üçün daha bir mühüm yenilik təqdim edilib. Belə ki, "BirBank" mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini "BirBank" vasitəsilə idarə edə biləcəklər. Həmçinin virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.
Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları - çekinin 12 simvollu fiskal ID-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda, istehlakçı "BirBank" mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çekin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə edə bilər. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də "BirBank" eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan "BirBank" tətbiqinin 1 milyondan çox istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, yerində digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanılması və sair. Ətraflı məlumat üçün “www.birbank.az” və ya 196 Məlumat mərkəzi.