® “TP Engineering” 30-cu Yubiley Beynəlxalq "Xəzər Neft və Qaz" Sərgisində
Neft emalı və neft-kimya sahəsində beynəlxalq EPCM tərəfdaşı olan “TP Engineering” şirkəti iyunun 2-4-də “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumu və Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisində iştirak edir.
Bu il sərgidə 39 ölkədən 267 şirkət təmsil olunur.
Azərbaycanda təsis olunmuş “TP Engineering” şirkəti üçün bu tədbir yerli neft-qaz strukturları ilə texnoloji və işgüzar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sərgidə iştirak “TP Engineering” şirkətinin geniş beynəlxalq təcrübə və uzunmüddətli tərəfdaşlıq arzusu ilə doğma bazara qayıdışını simvolizə edir. Şirkət on ildən artıq fəaliyyəti ərzində Rusiya, Rumıniya, Bolqarıstan və Şərqi Avropanın digər ölkələrində uğurlu layihələr həyata keçirib. Bununla belə, baş ofisi Bakıda qalmaqda davam edir ki, bu da onun Azərbaycan bazarına sadiqliyini göstərir. Ötən dövrdə şirkət bir sıra əhəmiyyətli sənaye layihələrini icra edib.
Şirkətin mühüm layihələri aşağıdakılardır:
• "Stavrolеn" MMC-də (“LUKOYL Qrupu”) etilen və propilen istehsalında piroliz sobalarının yenidən qurulması;
• "LUKOYL-Volqoqradneftepererabotka" MMC-də təmizləyici qurğuların modernləşdirilməsi;
• “PETROTEL-LUKOYL” NEZ-də (Rumıniya) texnoloji boru kəmərlərinin dəyişdirilməsi;
• “LUKOYL Qrupu”nun obyektlərində əsaslı təmir işləri.
Hazırda şirkət bir sıra strateji əhəmiyyətli layihələri davam etdirir:
• "LUKOYL-Permnefteorqsintez" MMC ərazisində dizel yanacağı və benzin saxlamaq üçün rezervuarların tikintisi (Perm şəhəri);
• "LUKOYL-Nijeqorodnefteorqsintez" MMC-də (Kstovo şəhəri) Biturox texnologiyası ilə oksidləşdirilmiş bitum istehsalı qurğusunun yaradılması (Avstriya şirkəti “Pörner” ilə birgə);
• Neftin emal dərinliyinin artırılması proqramı çərçivəsində vakuum fraksiyalaşdırma qurğusunun (VFQ) tikintisi;
• AO "İonmübadilə texnologiyaları" ilə tərəfdaşlıqda lokal təmizləyici qurğular və dövriyyə su təchizatı blokunun layihələndirilməsi və tikintisi.
“TP Engineering”in strateji tərəfdaşları arasında “Pörner”, “Caspian Engineering Solutions” MMC, Zəyəm Texnologiyalar Parkı, “VNİİOS”, AO “Ion-exchange Technologie” və “JUTAL” kimi tanınmış beynəlxalq və regional təşkilatlar yer alır.
Sərgi çərçivəsində artıq "Ion-exchange Technologies" AO və “Pörner” şirkəti ilə tərəfdaşlıq sazişləri imzalanıb.
“TP Engineering”in regional ofisinin rəhbəri Akif Əliyev bildirib ki, şirkət tərəfdaşlıq və açıq təcrübə mübadiləsi prinsiplərinə sadiqdir. Onun sözlərinə görə, komandalarının beynəlxalq təcrübəsinin Azərbaycanın sənaye potensialı ilə birləşməsi hər iki tərəfə böyük fayda gətirəcək. Sərgi həm şirkətin bacarıqlarını nümayiş etdirmək, həm də yerli sifarişçilər və həmkarlarla dialoqu genişləndirmək üçün vacib platformadır.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzindəki “TP Engineering” stendi dövlət və özəl şirkətlərin nümayəndələri, sahə mütəxəssisləri və tərəfdaşlar üçün açıqdır. Ziyarətçilər burada şirkətin xidmətləri, həyata keçirilmiş layihələri və əməkdaşlıq imkanları ilə ətraflı tanış ola bilərlər.