® “Ziraat Bank” Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurub

“Ziraat Bank Azərbaycan” rəsmi saytında maliyyə göstəricilərinə dair hesabatlarını yayımlayıb. Hesabatlara əsasən bank 2025-ci ilin ilk rübünü 3,6 milyon manat xalis mənfəətlə başa vurub.
Təqdim olunan məlumatlara əsasən bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faiz artaraq 909 milyon manata yüksəlib.
Dərc edilmiş maliyyə hesabatlarına əsasən, bankın kredit portfeli ilin əvvəlindən 8,5 faiz artaraq 575 milyon manata çatıb. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini bankın prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Məhz biznes kreditlər üzrə ilin əvvəlindən artım 34 milyon manat təşkil edib.
Bankın depozit portfeli aktivlərin artımını dəstəkləyib. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri 9,65 faiz artaraq 263 milyon manat təşkil edib. Bank tərəfindən ötən bir ildə ümumi cəlb edilən vəsait isə 25 faiz artaraq 761 milyon manata çatıb.
Yayımlanan maliyyə hesabatlarına əsasən, 2025-ci ilin ilk rübündə bankın faiz gəlirləri 7,5 milyon manat, ümumi əməliyyat mənfəəti isə 6 milyon manat təşkil edib.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı, Quba şöbəsi ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın instaqram, X-platforması, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.