Azərbaycan Dövlət İnformasiya Agentliyi

"AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA KONSTİTUSİYA AKTI"NIN QƏBULUNDAN 18 İL KEÇİR

Bakı, 17 oktyabr (AZƏRTAC). Hər bir xalqın tarixində qürur doğuran günlər vardır. Bizim üçün belə günlərdən biri Dövlət Müstəqilliyi günüdür. 1991-ci ilin yayında Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqının tarixi ənənələrə əsaslanan müstəqillik ümidləri, bu müstəqillik uğrunda mübarizəsi geniş vüsət aldı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu oldu. Həmin bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktını qəbul etdi. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 2-ci maddəsində təsbit edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbulu ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi bütün dünyaya elan olundu. Beləliklə, 1918-ci ilin mayında Şərqdə ilk demokratik dövlət, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri üzərində ölkənin dövlətçilik tarixində yeni müstəqillik dövrü başlandı. Tarix boyu ərazi bütövlüyü və varlığını qılınc və qələmlə sübuta yetirən Azərbaycanın öz müstəqilliyinə qovuşması gərgin mübarizədən, 1990-ci il 20 Yanvarın qanlı faciəsindən keçsə də xalqımız azadlıq, müstəqillik amalından dönmədi. Müstəqilliyin ilk illəri də asan olmadı. Bir yandan keçmiş sovet imperiyasını qoruyub saxlamağa çalışan qüvvələrin təzyiqi, digər tərəfdən Ermənistanın torpaqlarımıza qarşı davam edən təcavüzü, ölkə daxilində sabitliyin və vahid strateji xəttin olmaması, tarixi nemət olan müstəqilliyin tam bərqərar olmasına imkan vermirdi.  Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə bir-birinin ardınca hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yarandı. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükə altında qoydu.

Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.  Onun hakimiyyətə qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı. Gəncədə baş verən hadisələrin qarşısı dinc yolla alındı. Əlikram Hümbətovun elan etdiyi qondarma Talış Muğan Respublikası Heydər Əliyevin xalqa müraciəti və sadə insanların təzyiqi ilə ləğv olundu. Sadvalçıların separatçı hərəkətlərinin və qondarma Car-Balakən Respublikası yaratmaq cəhdlərinin qarşısı alandı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. Cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldılar. Ölkədə əmin-amanlıq, sabitlik yarandı. İnflyasiya dayandırıldı, aqrar sahədə islahatlara başlandı. Azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi.

1993-cü ilin iyununda Azərbaycan parlamentinin sədri seçilən Heydər Əliyev ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşınalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi. Ölkədə peşəkar parlament yaradıldı.

Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanaraq onun tam dəstəyini alırdı.

Xarici siyasətdə mühüm nailiyyətlər əldə olundu. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kreditlər verməyə, investisiya qoymağa başladılar. 1994-cü ilin sentyabrında Azərbaycanda yaranan sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, Bakıda "Əsrin müqaviləsi" adlandırılan neft sazişi imzalandı. Bir sözlə, müstəqillik reallığa çevrildi və qorunub saxlandı.

Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.

Hazırda dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycançılıq ideyası şüurlara hakim kəsilmiş, milli birlik və həmrəylik təmin edilmişdir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan inanılmaz uğurlara imza atmışdır. Planetin bu kiçik dövləti dünyanın ən böyük dövlətləri üçün nümunəyə, Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir.

Ən böyük regional layihələrin ünvanına çevrilən Azərbaycan həm də sülh dövlətidir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə bu sülh çox kövrək olacaqdır. Münaqişənin nizamlanmasına dair ölkəmizin qətiyyətli mövqeyi məlumdur. Azərbaycan Prezidenti bu mövqeyi dəfələrlə bəyan etmişdir. Dövlətimizin başçısı belə bəyanatlardan birini bu ilin avqustunda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində vermişdir: “Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülübdür. Yəni danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər. Biz bütün dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ ancaq mərhələli yolla həll oluna bilər. Bu gün danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir. İşğal edilmiş bütün rayonlar ardıcıllıqla azad ediləcək, soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada bütün infrastruktur bərpa olunacaqdır və ondan sonra gələcək mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcəkdir. Biz hər zaman demişik ki, əlbəttə Dağlıq Qarabağın statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi bütövlüyündən kənarda görmürük və heç vaxt Azərbaycan dövləti buna razı olmayacaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Nepalda təbii fəlakət nəticəsində itkin düşən Ukrayna vətəndaşlarının sayı 64 nəfərə çatıb

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

DGK: Külli miqdarda dərman preparatları aşkar edilib

Bu saata olan əsas xəbərlər

Ölkənin bəzi yerlərində şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Fransada inflyasiya 2,4 faizə yüksəlib

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

Bakı və rayonlarda qanunsuz silah-sursat aşkar edilərək götürülüb

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

AAYDA: Qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır

Azərbaycan və Qazaxıstan arasında bir çox sahədə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Azərbaycan Premyer Liqası: III tur iki oyunla start götürür

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar - konfrans

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

“Sea Breeze” ərazisində Yay İdman Festivalı başa çatıb

Ekvadorun sabiq prezidenti Moreno korrupsiyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib

NASA rəhbəri “Starship”in hər həftə buraxılacağını proqnozlaşdırır

Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib

“New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır

“The Independent”: Britaniyada festivalda lövhənin aşması nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

Haitidə beş yaşadək uşaqlar arasında hər 13 nəfərdən biri kəskin qida çatışmazlığından əziyyət çəkir

Vaşinqtonda birinci şəxslərin təxliyəsinə kömək etmək üçün helikopter dəstəsi yaradılıb

ABŞ Venesuela ilə 65 milyard barel neft ehtiyatları üzərində nəzarəti təmin edəcək saziş imzalayıb

Quraqlıq və isti hava şəraiti meşələrin və şəhər təbiətinin üzərinə düşən yükü artırır

İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib

VII Dünya Köçəri Oyunları 2028-ci ildə Kazanda təşkil ediləcək

“Bavariya” Bundesliqanın yeni mövsümünün açılış matçında “Ştutqart”ı darmadağın edib

Qadın voleybolçularımız Avropa çempionatının pley-off mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq

Tramp ABŞ Kosmik Akademiyasının təsis edilməsi haqqında fərman imzalayıb

Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının açılış mərasimi olub

Naxçıvanda avtomobil piyadanı vurub

Yelizaveta Ruban: Bu gün qalib gəlmək arzusunda idik, təəssüf ki, alınmadı

Hesablama Palatasında kollegiya iclası olub

Faiq Qarayev: Texniki səhvlər bizə imkan vermədi ki, Niderlandla oyunda qələbə qazanaq

Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır

Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər

Finlandiya bələdiyyələri işsizlik səbəbindən xərclərin kəskin artması ilə üzləşib

Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderland kollektivi ilə qarşılaşıb VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderland kollektivi ilə qarşılaşıb VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

® Beynəlxalq səviyyəli cərrah

Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər

® Tibb və təhsil işçilərinə güzəştli kredit imkanı – illik 8,5%-dən

Qəbələdə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara, günərzi qayğı və reabilitasiya mərkəzlərinə baxış olub

İğdırda “Xarıbülbül” adlı əl işləri sərgi-yarmarkası keçirilir VİDEO

İğdırda “Xarıbülbül” adlı əl işləri sərgi-yarmarkası keçirilir VİDEO

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq genişlənir

Bakıda mağazada saxta içkilər aşkarlanıb

İspaniya qeyri-qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

İslandiyada Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasına dair referendum olacaq

Aygün Attar: Azərbaycan–Özbəkistan müttəfiqliyi vahid geoiqtisadi məkan formalaşdırır

AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub

Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib

Avarçəkmə üzrə ölkə çempionatında ilk: kayakda qarışıq cütlüklər yarışacaq

Kəlbəcərə dolu yağıb VİDEO

Kəlbəcərə dolu yağıb VİDEO

Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb

33 illik həsrətdən sonra açılan qapı...

Xəyal Bəşirov: Bakı və Daşkənd müttəfiqlik əlaqələrini regional miqyasda genişləndirir

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Qlobal şirkətlərdən süni intellekt mənşəli kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı

Azərbaycan ilə Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO