MƏDƏNİYYƏT


"Əli və Nino" filmi Ankarada nümayiş olunub

Ankara, 25 aprel, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən "Əli və Nino" filmi Ankarada nümayiş olunub. Film türk dilinə subtitrlarla təqdim edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyi, Heydər Əliyev Fondu və SOCAR tərəfindən təşkil olunan təqdimatda rəsmi şəxslər, o cümlədən səfirlər, Azərbaycanı və Türkiyəni təmsil edən elm və mədəniyyət xadimləri, azərbaycanlı tələbələr, Ankara ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

Nümayişdən əvvəl tamaşaçılara "Əli və Nino" əsəri və romanla eyniadlı film barədə qısa məlumat verilib.

Qurban Səidin “Əli və Nino” romanının türk dilində olan versiyası hədiyyə olaraq tamaşaçılara paylanıb.

Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirinin Respublikanın elan olunması barədə verdiyi məlumatın hərarətli tamaşaçı alqışları ilə qarşılanması bir daha nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi hər iki ölkə və xalq üçün eyni dərəcəli milli sərvətdir.

Film Azərbaycan xalqının müstəqillik uğrunda apardığı qətiyyətli mübarizəni, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və o dövrdə baş verən mürəkkəb prosesləri, eləcə də XX əsrin əvvəllərində Azərbaycanın yerləşdiyi regiondakı ictimai-siyasi vəziyyəti özündə əks etdirir.

Dünyanın bir sıra ölkələrində nümayiş etdirilən "Əli və Nino" filmi Azərbaycan xalqının milli-azadlıq mübarizəsinə işıq salan ən dəyərli ekran əsərləri sırasında özünə layiqli yer qazanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.