"Avro-2024": Emin Mahmudovun qolu turun ən yaxşısı seçilib
Bakı, 22 noyabr, AZƏRTAC
"Avro-2024"-ün seçmə mərhələsində IX turun ən yaxşı qolu müəyyənləşib.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun Bakıda İsveç yığması ilə oyunda vurduğu ikinci qol bu nominasiya üzrə birinci olub.
UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, 30 yaşlı yarımmüdafiəçinin meydanın mərkəzindən rəqib qapısından keçirdiyi top turun qolu seçilib.
Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]