"Azərişıq": Ötən il abonentlər 299695 kVt enerji gücü ilə təmin olunublar
Bakı, 21 fevral, AZƏRTAC
Enerji təchizatı şəbəkəsinə qoşulma xidmət üzrə 2023-cü ildə Bakı, Regional “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri üzrə abonentlər 299695 kVt enerji gücü ilə təmin olunublar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin IT departament müavini Vüsal İsayev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
V.İsayev qeyd edib ki, təmin olunan gücün 54,6 faizi Bakı RETSİ-nin, 45,4 faizi isə regionların payına düşür.
“Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98,31 faiz ilə 5 ulduzluq rekord nəticə əldə edib. Ötən illərdə də “Azərişıq” ASC xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar əldə edib, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda yer alıb. 2023-cü il üzrə əldə olunan nəticə “Azərişıq” tərəfindən həyata keçirilmiş sistemli və məqsədəuyğun islahatların nəticəsidir. Bundan sonra da “Azərişıq” ASC tərəfindən xidmətlərin genişləndirilməsi, elektronlaşdırılması istiqamətində işlər davam etdiriləcək və növbəti illərdə də müştəri məmnunluğunun yüksək səviyyədə saxlanılması üçün tədbirlər görüləcək", - deyə V.İsayev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:03]