"Sabah" - "Mladost" oyunu heç-heçə yekunlaşıb
Bakı, 25 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının "Sabah" klubu sonuncu yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib. Razılığa əsasən, qarşılaşma 3 hissədən ibarət olub. İlk iki hissənin hərəsi 45 dəqiqə, sonuncu isə 30 dəqiqə davam edib.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bakı klubunun heyətində Coy-Lens Mikelis fərqlənib.
Qeyd edək ki, "Sabah" Antalya toplanışından əvvəl iki görüşdə Macarıstanın "Pakş" və Ukraynanın "Zarya" komandaları ilə də 1:1 hesablı heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]