AAYDA sədri İmişlidə vətəndaşların müraciətini dinləyəcək

Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov yanvar ayının 26-da İmişli rayonunda vətəndaşlarla görüşəcək.
AZƏRTAC agentliyə istinadla xəbər verir ki, görüş saat 11:00-da İmişli rayonu “6 №-li Magistral Yolların İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda İmişli, Sabirabad və Saatlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Görüşdə iştirak etmək istəyən vətəndaşlara İmişli rayonu “6 №-li Magistral Yolların İstismarı”, Saatlı rayonu “35 №-li Yol İstismarı” və Sabirabad rayonu “34 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.