“Abituriyent” jurnalının 5 və 7-ci nömrələri onlayn satışa çıxarılıb
Bakı, 4 sentyabr, AZƏRTAC
“Abituriyent” jurnalının 5 və 7-ci nömrələri onlayn satışa çıxarılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, jurnalın 5-ci nömrəsində 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.
7-ci nömrədə isə 2023/2024-cü tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalların elektron versiyasını (PDF formatda) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:09]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [17:36]
Bakı Texniki Kollecinə müəllim tələb olunur
- 04.06.2026 [17:21]