ELM VƏ TƏHSİL
Abituriyentlərə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları barədə məlumat verilib
Bakı, 22 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən Qaradağ və Xəzər Rayon Gənclər evlərinin təşkilatçılığı ilə bu rayonlarda yerləşən ümumi təhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri və onların valideynləri ilə görüş keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, həmçinin buraxılış imtahanlarının keçirilməsi qaydaları haqqında abituriyentləri ətraflı məlumatlandırmaq olub. Bundan əlavə, abituriyentləri maraqlandıran bütün suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılıb. Tədbirdə, həmçinin onlayn sınaq imtahanlarının keçirilməsi və otk.az onlayn sınaq portalından istifadə qaydaları barədə abituriyentlərə ətraflı məlumat verilib. Abituriyentlərin imtahana psixoloji hazırlığı barədə də vacib tövsiyələr diqqətə çatdırılıb.