ABŞ aviaşirkətləri yüzlərlə uçuşu ləğv edib
Vaşinqton, 7 noyabr, AZƏRTAC
ABŞ-da böyük aviaşirkətlər hökumətin bağlanmasına görə gündəlik həyata keçirdiyi minlərlə uçuşdan yüzlərlə reysi ləğv etməyi planlaşdırır.
AZƏRTAC-ın məlumatına görə, bu addım Federal Aviasiya Administrasiyasının bu gündən etibarən ABŞ-ın 40 əsas hava limanında uçuşları 10 faiz məhdudlaşdırmağa başlaması ilə əlaqədar atılır.
“FlightAware”in statistikasına əsasən, qərar qüvvəyə mindikdən bu yana ABŞ-a və ya ölkədən kənara 827 uçuş ləğv edilib.
“American Airlines” bildirib ki, bu gündən başlayaraq bu həftə sonuna qədər 6 minə yaxın uçuşdan 220-si ləğv ediləcək.
“United Airlines”in açıqlamasına əsasən, həftəsonu ərzində hər gün 5 mindən çox uçuşdan təxminən 200-nü ləğv etməyi planlaşdırır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [21:51]
Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib
- 28.10.2026 [19:01]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [18:47]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [17:57]
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
- 28.10.2026 [17:32]