ABŞ-da federal agentliyin əməkdaşları iki nəfəri güllələyib
Vaşinqton, 9 yanvar, AZƏRTAC
ABŞ-ın Oreqon ştatının Portland şəhərində federal agentliyin əməkdaşları tərəfindən iki nəfər güllələnib.
AZƏRTAC xəbər verir ki, polis əməkdaşları çağırışa getdikləri hadisə yerində güllə yarası almış bir kişi və qadın aşkar ediblər.
Məlumata görə, atəş ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları tərəfindən açılıb.
İnsidentin səbəbləri və yaralıların vəziyyəti məlum deyil. Federal Tədqiqatlar Bürosu hadisə ilə bağlı araşdırma aparır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]