ABŞ-da geni dəyişdirilmiş donuz böyrəyi köçürülən ilk xəstə klinikadan buraxılıb
Bakı, 4 aprel, AZƏRTAC
62 yaşlı Riçard Slaymanın üzərində Bostondakı Massaçusets xəstəxanasında keçirilən əməliyyat transplantasiya sahəsində tarixi dönüş nöqtəsi hesab olunur. Artıq o, xəstəxanadan evə buraxılıb.
AZƏRTAC “euronews” saytına istinadla xəbər verir ki, martın 16-da dörd saat davam edən əməliyyat həkimlərin ilk dəfə olaraq geni dəyişdirilmiş donuz böyrəyini insana uğurla köçürməsi ilə nəticələnib.
Həkimlər xəstənin son mərhələdə böyrək xəstəliyi ilə mübarizə apardığını və orqan transplantasiyasına ehtiyacı olduğunu bildiriblər: “Onun böyrəyi hazırda stabil vəziyyətdədir”.
R.Slayman açıqlamasında xəstəxanadan çıxıb evə gedə bilməyin “həyatının ən xoşbəxt anlarından biri” olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın Boston şəhərində həkimlər ilk dəfə xəstəyə geni dəyişdirilmiş donuz böyrəyini köçürüblər. Həkim Tatsuo Kavai bu transplantasiyanın böyrək çatışmazlığı olan milyonlarla insana kömək edə biləcəyinə ümid etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 2022-ci ildə beyin ölümü olan iki xəstəyə böyrək köçürülməsi üçün cəhd olunmuşdu. 2022-ci il yanvarın 7-də ABŞ-ın Merilend ştatındakı xəstəxanada ilk dəfə donuz ürəyi köçürülən 57 yaşlı David Bennett əməliyyatdan iki ay sonra dünyasını dəyişib. Eyni xəstəxanada 2023-cü il sentyabrın 20-də ikinci dəfə donuzdan insana ürək nəqli əməliyyatı edilib və transplantasiya edilən 58 yaşlı Lourens Faucette əməliyyatdan altı həftə sonra vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [17:48]
ÜST: Ebola epidemiyası iki ay ərzində bitməyəcək
- 19.05.2026 [17:18]
Rusiyanın “An-2” təyyarəsi Yakutiyadakı meşədə sərt qəza enişi edib
- 19.05.2026 [17:01]