Gürcüstanın Gurcaani bələdiyyəsinin ərazisində quduzluq xəstəliyi ilə əlaqədar karantin elan edilib
Tbilisi, 19 may, AZƏRTAC
Gürcüstanın Gurcaani bələdiyyəsinin Çalaubani kəndi yaxınlığındakı fermada quduzluq xəstəliyinin aşkarlanması ilə əlaqədar ərazidə karantin elan olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Qida Agentliyi məlumat yayıb.
Bildirilib ki, quduzluq virusu daşıyan it digər 5 iti, həmçinin iri və xırdabuynuzlu heyvanları dişləyib.
Araşdırma zamanı fermadakı heyvanların quduzluğa qarşı peyvənd edilmədiyi aşkarlanıb.
Milli Qida Agentliyi müvafiq işlərə başlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [17:18]
Rusiyanın “An-2” təyyarəsi Yakutiyadakı meşədə sərt qəza enişi edib
- 19.05.2026 [17:01]
Media: Litva ərazisində müttəfiqlərin nüvə silahı yerləşdirilə bilər
- 19.05.2026 [16:26]
İran Vaşinqtonu ABŞ-yə qarşı “yeni cəbhələr” açmaqla hədələyir
- 19.05.2026 [16:17]
Ukrayna Macarıstan və Gürcüstanla münasibətləri yenidən qurmaq niyyətindədir
- 19.05.2026 [16:05]