ABŞ-da koronavirus əleyhinə üçüncü vaksin təsdiqlənib
Vaşinqton, 25 fevral, AZƏRTAC
ABŞ-ın Qida və Dərman İdarəsinin nümayəndələri “Johnson & Johnson” şirkəti tərəfindən hazırlanmış COVID-19 əleyhinə vaksinin onu test vaksini olaraq alan insanların təxminən üçdəikisini qoruya bildiyini bildiriblər. Bu, ABŞ-da təsdiqlənən üçüncü vaksindir.
Johnson & Johnson vaksininin klinik sınaqlarının nəticələrini təsdiqləyən təhlil dərc edilib. Onun törəmə şirkəti “Janssen” tərəfindən istehsal olunan vaksin “Pfizer” və “Moderna” şirkətlərinin vaksinindən fərqlidir, çünki o, matris ribonüklein turşusu deyil, adenovirus əsasında hazırlanıb.
“Johnson & Johnson” vaksini ayrıca yalnız bir inyeksiya tələb edir və dondurucu temperaturda davamlı saxlama tələb etmir. Ekspertlərin fikrincə bu üstünlük ölkə daxilində vaksinasiyanın həcmini artıra bilər.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, bu günə qədər ölkə daxilində 65 milyon doza “Pfizer” və “Moderna” vaksini vurulub.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]