ABŞ F-16-ları Sarı dənizdə Çinin döyüş təyyarələri ilə qarşılaşıb
Bakı, 20 fevral, AZƏRTAC
ABŞ-nin Koreya Respublikasında dislokasiya olunan qüvvələrinin və Çin ordusunun qırıcı təyyarələri Sarı dəniz üzərində qısamüddətli “hava qarşıdurması”na girib.
AZƏRTAC xəbər verir ki, “Yonhap” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Pxönthek yaxınlığındakı Osan hava bazasından təlim uçuşu həyata keçirən ABŞ F-16-ları Sarı dənizin beynəlxalq suları üzərində Çin ordusunun döyüş təyyarələri ilə qarşılaşıb.
Agentlik hadisəni “qısa hava qarşıdurması” kimi xarakterizə edərək, təyyarələr arasında toqquşmanın baş vermədiyini vurğulayıb. Cənubi Koreya Müdafiə Nazirliyi və ABŞ Hərbi Dəniz Qüvvələri hadisənin təfərrüatlarını açıqlamayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]