ABŞ HƏRBİ DƏNİZ QÜVVƏLƏRİNİN AKADEMİYASI SƏRXOŞLUQLA MÜBARİZƏYƏ BAŞLAYIR
Akademiyanın rəhbərliyi yetkinlik yaşına çatmayan (21 yaşdan aşağı) kursantların alkoqollu içkilər içməsinə və avtomobili sərxoş vəziyyətdə sürməsinə son qoymağa nail olmaq əzmindədirlər. Qaydaları pozanlar akademiyadan uzaqlaşdırılacaqlar.
Spirtli içkilər içmək hüququna ancaq 21 yaşına çatan kursantlar malikdir. Onlar axşam ərzində ən çoxu üç standart doza alkoqol (drinks) qəbul edə bilərlər. Bir “drink” təxminən 50 qram arağa, yaxud 150 qram şəraba və ya 360 qram pivəyə bərabərdir.
Xatırladaq ki, spirtli içkilərlə bağlı dünyada ən ciddi məhdudiyyət ABŞ Hərbi Dəniz Qüvvələrində qoyulmuşdur.
Avropa donanmalarında vəziyyət başqa cürdür. Zabit süfrəsinə qırmızı şərab qoymaq ənənəsinin əsrlərlə tarixi var və Avropa donanmasının əksəriyyətində buna əməl edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]