ABŞ-ın Azərbaycan icmasının üzvü dəm qazından zəhərlənərək dünyasını dəyişib
Vaşinqton, 24 aprel, AZƏRTAC
Aprelin 21-də Florida ştatının sakini olan ABŞ-ın Azərbaycan icmasının üzvü Seymur Hüseynov dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Həmyerlimizin cəsədi Şimali Karolina ştatının Uilminqton şəhərində, avtomobilinin salonunda polislər tərəfindən aşkarlanıb. Uilminqtonun yerləşdiyi Nyu-Hanover dairəsinin polis şerif ofisinin verdiyi məlumata görə, avtomobilin qazı salona sızıb və nəticədə sükan arxasında olan Seymur Hüseynov zəhərlənərək, dünyasını dəyişib. Ölüm hadisəsi ilə bağlı Şimali Karolina polisi istintaqa başlayıb.
Mərhum Seymur Hüseynovun cənazəsinin Azərbaycana aparılması üçün Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən tədbirlər görülür.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:25]
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- 12.10.2026 [16:14]
QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək
- 12.10.2026 [15:45]
“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
- 12.10.2026 [15:38]
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
- 12.10.2026 [14:28]