ABŞ-ın Blacksmith İnstitutunun nümayəndələri Ekologiya İdarəsində olmuşlar
Bakı, 29 fevral (AZƏRTAC). Fevralın 28-də ARDNŞ-in Ekologiya İdarəsində Nyu-Yorkda yerləşən Blacksmith İnstitutunun nümayəndələri ilə görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, institutun Şərqi Avropa-Mərkəzi Asiya regionu üzrə proqram direktoru Endryu Makkartor və proqram meneceri Bret Erikson təmsil etdikləri ali təhsil ocağının qlobal miqyasda çirkləndirici mənbələrin inventarlaşdırılması üzrə fəaliyyəti və dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri layihələr haqqında məlumat vermişlər. İnstitutun 2012-ci ildən başlayaraq yaxın 3 il müddətində keçmiş sovet ölkələrində layihə ideyalarının müəyyənləşdirilməsi və həyata keçirilməsinə dair niyyəti açıqlanmış, bu istiqamətdə yerli təşkilatlarla əməkdaşlıq yaradılmasına xüsusi maraq göstərildiyi qeyd edilmişdir.
Görüşdə Ekologiya İdarəsinin rəisi Azər Əliyev ARDNŞ-in ekoloji monitorinq sistemi və idarənin həyata keçirdiyi layihələr, çirklənmə mənbələrinin və çirklənmiş ərazilərin inventarlaşdırılması sahəsində görülən işlər barədə qonaqlara məlumat vermişdir. Daha sonra Blacksmith İnstitutunun nümayəndələri müasir cihaz və avadanlıqla təchiz edilmiş Kompleks Tədqiqatlar Laboratoriyasının imkanları, burada aparılan tədqiqat işləri, göstərilən xidmətlərlə tanış olmuşlar. Sonda mümkün layihələr üzrə informasiya mübadiləsinin aparılması, əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək üçün görüşlərin davam etdirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]