ABŞ-ın korporativ investisiya öhdəlikləri 1,9 trilyon dollara çatıb
Bakı, 8 aprel, AZƏRTAC
Donald Trampın prezidentlik müddətinin əvvəlindən bəri ABŞ iqtisadiyyatına kapital yerləşdirmək istəyən özəl və xarici şirkətlərin investisiya öhdəliklərinin ümumi həcmi 1,9 trilyon dollara çatıb.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, elan edilmiş ən böyük investisiyalara “Apple” korporasiyasından 500 milyard dollar, “SoftBank” telekommunikasiya holdinqi və yarımkeçirici istehsalçısı “TSMC” şirkətinin hər birindən 100 milyard dollar daxildir.
“Dartmut” kollecinin professoru Teresa Fortanın fikrincə, bu investisiyaların xeyli hissəsi Birləşmiş Ştatların Çin, Hindistan, Avropa İttifaqı və Cənubi Koreya da daxil olmaqla, bir sıra əsas ticarət tərəfdaşları ilə tarif münaqişəsinin kəskinləşməsi fonunda təhlükə altına düşüb. Bəzi analitiklər isə əksinə, hesab edirlər ki, ABŞ-ın proteksionist siyasəti hasilatın ölkə ərazisinə transferini sürətləndirə bilər.
“Capgemini” Tədqiqat İnstitutunun məlumatına görə, Amerika korporasiyaları üç il ərzində istehsal gücünü ölkəyə qaytarmaq üçün təxminən 1,1 trilyon dollar xərcləməyi planlaşdırır ki, bu da 2024-cü ildəki 750 milyard dollarla müqayisədə xeyli yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]