ABŞ-ın tələbi ilə casusluqda ittiham olunan Çin vətəndaşı İtaliyada saxlanılıb
Roma, 7 iyul, AZƏRTAC
ABŞ rəsmilərinin tələbi ilə casusluqda ittiham olunan Çin vətəndaşı Milanın “Malpensa” hava limanında saxlanılıb.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı Çin vətəndaşı 2020-ci ildə Texas Universitetində istehsal olunan anti-COVID vaksinləri ilə bağlı casusluq əməliyyatları həyata keçirən hakerlər qrupunun üzvü olmaqda ittiham edilir. O, 2023-cü ildən beynəlxalq axtarışda idi.
Şanxayda yaşayan 33 yaşlı Xu Zevey Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən COVID əleyhinə vaksinlərin sirlərini oğurlamaqda ittiham edilir.
İT şirkətində texniki işçi olan çinli İtaliyaya tətil üçün səfər edib. Onun ABŞ-a ekstradisiyası ilə bağlı prosesə başlanılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]