ABŞ-ın Varşavadakı səfiri: Polşada 10 min amerikalı hərbçi var
Bakı, 11 mart, AZƏRTAC
Polşa ərazisində Birləşmiş Ştatların 10 minə yaxın hərbçisi dislokasiya olunub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Varşavadakı səfiri Mark Bjezinski bunu PAP agentliyinə müsahibəsində deyib. “Hazırda Polşa ərazisində 10 min amerikalı hərbçi yerləşib. Onlar Polşa ordusu ilə təlimlərə qatılır və ən yüksək texnologiyalı silahlardan istifadə edirlər”, - deyə diplomat bildirib.
“F-16 qırıcıları, “Abrams” tankları və “Himars” reaktiv yaylım atəşi sistemləri Polşanın və alyansın müdafiə qabiliyyəti üçün çox vacib hərbi texnikalardır”, - deyə o əlavə edib.
Varşavanın NATO-da mühüm rol oynadığını və şərq cinahının müdafiəsini təşkil etdiyini vurğulayan səfir, həmçinin alyansın üzvü kimi Polşanın təhlükəsizliyinin təmin olunduğunu da söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]