ABŞ “MANAS” BAZASININ İCARƏSİNƏ GÖRƏ QIRĞIZISTANA ƏLAVƏ HAQQ ÖDƏMƏYƏ HAZIRDIR
Bauçer demişdir ki, bir qrup ABŞ mütəxəssisi yaxın günlərdə Bişkekə gedərək, “Manas” bazasından istifadənin yeni şərtləri barədə təklifləri Qırğızıstan hökumətinə təqdim edəcəkdir.
Xatırladaq ki, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev bu yaxınlarda bəyan etmişdir ki, “hər hansı hallar danışıqlar prosesini iyunun 1-dək başa çatdırmağa imkan verməsə, Bişkek 2001-ci il 4 dekabr tarixli ikitərəfli sazişin qüvvədən salınmasının mümkünlüyünə baxmağa hazırdır”.
Bunun cavabında ABŞ bildirmişdir ki, bazadan istifadə haqqının qaldırılması məsələsini nəzərdən keçirəcək və iyunun 1-dək öz təkliflərini verəcəkdir.
Bəzi məlumatlara görə, ABŞ “Manas” hərbi bazasından istifadə üçün Qırğızıstana ildə 200 milyon dollar ödəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]