ABŞ MEKSİKA İLƏ SƏRHƏDƏ 6000 ƏSGƏR GÖNDƏRMİŞDİR
Prezident millətə müraciətində bildirmişdir ki, sərhəd qeyri-leqal mühacirlər, habelə “cinayətkarlar, narkoalverçilər və terrorçular” üçün bağlı olmalıdır.
Ağ evin başçısı vurğulamışdır ki, ABŞ özünün Meksika ilə sərhədinə hələlik tam nəzarət edə bilmir. Buş ABŞ Konqresinə müraciətində “sərhəddə heyətin və texnologiyaların təcili yaxşılaşdırılması” üçün maliyyə vəsaiti ayrılmasını xahiş etmişdir.
Prezidentin sözlərinə görə, cənub sərhədində əlavə qoruyucu qurğular tikiləcək, sensor cihazlar quraşdırılacaq və pilotsuz təyyarələrdən istifadə ediləcəkdir.
Planlaşdırılan tədbirlərin ABŞ və Meksikada tənqid olunacağına cavabında Buş bəyan etmişdir ki, “söhbət 3200 kilometr uzunluğunda sərhədin hərbiləşdirilməsindən getmir. Meksika bizim qonşumuz və dostumuzdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]