ABŞ-nin neft istehsalı azalıb
Bakı, 7 may, AZƏRTAC
Birləşmiş Ştatların xam neft hasilatı azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 13 min barel azalaraq sutkada orta hesabla 13 milyon 573 min barel olub. Keçən həftə ABŞ-nin neft idxalı da əvvəlki həftəyə görə 273 min barel azalaraq sutkalıq 5 milyon 477 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 1 milyon 688 min barel geriləyərək gündəlik 4 milyon 750 min barel təşkil edib.
Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 510 min barel olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [17:20]
“Shell”in xalis mənfəəti artıb
- 07.05.2026 [16:02]
Rumıniya ABŞ-nin antidron sisteminə çıxış əldə edən ikinci ölkə olub
- 07.05.2026 [15:55]