“Bavariya” rəsmisi PSJ ilə oyundakı hakim qərarlarını tənqid edib
Bakı, 7 may, AZƏRTAC
Almaniyanın “Bavariya” klubunun baş icraçı direktoru Yan-Kristian Driizen UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ komandası ilə keçirilən görüşdə (1:1) hakim idarəçiliyini tənqid edib.
AZƏRTAC xəbər verir ki, funksioner matçdan sonra verdiyi açıqlamasında belə vacib qarşılaşmaya Çempionlar Liqasında cəmi 15 oyun idarə etmiş hakimin təyin olunmasının təəccüb doğurduğunu bildirib. O, bunun bəzi qərarlara təsir etdiyini vurğulayıb.
Qarşılaşmanın 31-ci dəqiqəsində portuqaliyalı baş hakim Joao Pinheiro topun Joao Neveşin əlinə dəyməsinə baxmayaraq, PSJ-nin qapısına penalti təyin etməyib. Həmin epizodda Paris təmsilçisinin futbolçusu Vitinya topu cərimə meydançasından uzaqlaşdırıb. VAR hakimləri Marko Di Bello və Tiaqo Martins isə epizoda müdaxilə etməyiblər.
İki oyunun nəticəsinə əsasən rəqibinə 5:6 hesabı ilə uduzan “Bavariya” turnirlə vidalaşıb. Finala yüksələn PSJ isə həlledici görüşdə “Arsenal” ilə qarşılaşacaq. Turnirin finalı mayın 30-da Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [16:11]
“Neftçi” basketbol komandası Dünya Seriyasının 1/4 finalında
- 07.05.2026 [14:14]
Marius Şumuditsa Azərbaycanda işləməyə müsbət yanaşır
- 07.05.2026 [11:48]
Azərbaycanı Dünya Seriyasının Berlin mərhələsində 5 paraüzgüçü təmsil edəcək
- 07.05.2026 [11:26]
Azərbaycanlı nümayəndə CEV-in iclasında: Növbəti hədəflər bəlli olub
- 07.05.2026 [11:09]
NBA: “San-Antonio Spörs” seriyanı darmadağınla bərabərləşdirib
- 07.05.2026 [10:48]
Bu gün UEFA Konfrans Liqasında finalçıların adına aydınlıq gələcək
- 07.05.2026 [10:37]
UEFA Avropa Liqasında finalçılar müəyyənləşir
- 07.05.2026 [01:02]