Gürcüstanın yeni patriarxı mayın 11-də seçiləcək
Tbilisi, 7 may, AZƏRTAC
Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasının iclası mayın 11-də Tbilisidəki Müqəddəs Üçlük Patriarxal Katedralında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Patriarxlıq sosial mediada məlumat yayıb.
Bildirilib ki, iclasla bağlı təşkilati və texniki detallar daha sonra açıqlanacaq.
Qeyd edək ki, yeni patriarx seçkilərinin əvvəllər müxtəlif vaxtlarda keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Yeni patriarxın seçkisi ərəfəsində ölkədə kilsəyə böyük təzyiq var. Hökumət nümayəndələri və kilsə xadimləri dəfələrlə bəzi qüvvələrə müraciət edərək, onları kilsənin işinə qarışmamağa çağırıblar.
Xatırladaq ki, Müqəddəs Sinod patriarxatlığa üç namizəd seçib. Sinodun qərarına əsasən, Senaki və Çxorotsku mitropoliti Şio (Mujiri), Urbnisi və Ruisi yeparxiyasının mitropoliti Job, eləcə də Poti və Xobi mitropoliti Qriqoli patriarxatlığa namizəd olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]