ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının planı açıqlanıb
Bakı, 1 mart, AZƏRTAC
ABŞ Əfqanıstanda 17 ildən çoxdur davam edən müharibəyə son qoyulması və qoşunların bu ölkədən çıxarılması planını hazırlayıb.
AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Pentaqonun bu planında Birləşmiş Ştatların Əfqanıstandakı hərbi kontingentinin bir neçə ay ərzində yarıbayarı azaldılması, 3-5 il müddətində isə tamamilə çıxarılması nəzərdə tutulur. Qeyd olunur ki, hazırda Vaşinqton özünün Avropadakı müttəfiqləri ilə 14 minlik amerikan qoşununun yarısının Əfqanıstanı yaxın aylarda tərk etməsi məsələsini müzakirə edir. Bundan başqa, əfqan əsgərlərinə 8 600 nəfərlik Avropa və Avstraliya hərbi kontingenti tərəfindən təlim verilməsinin davam etdirilməsi məsələsi də gündəlikdədir.
Pentaqonun məlumatlı mənbələri qəzetə bildiriblər ki, “Taliban”la danışıqların uğursuz olacağı təqdirdə ABŞ əfqan ordusu ilə birlikdə antiterror əməliyyatlarını, xüsusən bu ərazidə İŞİD və “əl-Qaeda” terrorçularına qarşı döyüşləri davam etdirmək niyyətindədir. Bunun üçün Mərkəzi Kəşfiyyat İdarəsinin əlində qanuni əsas var.
Sözügedən planın Ağ ev və NATO-da bəyənildiyi bildirilsə də, amerikan rəsmiləri xəbərdarlıq edirlər ki, Prezident Donald Tramp istənilən vaxt ona dəyişiklik edə bilər. Ağ evin sahibi dəfələrlə bəyan edib ki, Vaşinqton Birləşmiş Ştatların iştirak etdiyi 17 illik müharibəyə son qoymaq istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]