DÜNYA
ABŞ sahillərinə “Fransin” qasırğası yaxınlaşır
Vaşinqton, 10 sentyabr, AZƏRTAC
ABŞ sahillərinə daha bir güclü qasırğa yaxınlaşır.
AZƏRTAC-ın məlumatına görə, Meksika körfəzində formalaşan tropik fırtınanın sentyabrın 11-də ABŞ sahillərinə yaxınlaşan zaman birinci dərəcəli qasırğaya çevriləcəyi proqnoz edilir. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, Luiziana sahillərində “Fransin” qasırğası 137 km/saat sürətə malik olacaq.
ABŞ-ın neft şirkətləri “Fransin” qasırğasına görə qazma işlərini dayandıraraq işçilərini evakuasiya edir. Qasırğanın ABŞ körfəzi sahillərində hasilatı pozacağına dair narahatlıqlar səbəbi ilə neft qiymətləri bazar ertəsi təxminən 1 faiz bahalaşıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton