ABŞ Senatı Venesuelaya növbəti müdaxiləni məhdudlaşdıran qətnamə qəbul edib
Vaşinqton, 8 yanvar, AZƏRTAC
ABŞ Senatı müharibə səlahiyyətlərinə dair qətnaməni qəbul edib.
AZƏRTAC xəbər verir ki, qətnamə layihəsində Prezidentin ABŞ Silahlı Qüvvələrindən Konqresin icazəsi olmadan Venesuela daxilində və ya ona qarşı hərbi əməliyyatlarda istifadəsi qadağan olunur.
Qətnamənin lehinə 52, əleyhinə 47 senator səs verib. Respublikaçılar Partiyasının 5 üzvü layihənin keçməsi üçün Demokratlar Partiyasından olan həmkarlarına qoşulub.
Növbəti mərhələdə tam təsdiq üçün qətnamə Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]