Abşeron florasının yenidən işlənməsi üçün material toplanır
Bakı, 21 sentyabr, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları Bakı yarusu (Bibiheybət qəsəbəsi yaxınlığı), Ağburun (Lökbatan qəsəbəsi), Bakı qulağı (Puta qəsəbəsi) və Xəzər sahili (Səngəçal qəsəbəsi yaxınlığı) ərazilərində ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsas məqsəd həmin ərazilərin bitki örtüyünün yenidən işlənməsi, tamamilə istifadəsiz vəziyyətə düşmüş və müasir reallığı əks etdirməyən “Abşeron florası”nın yeni nəşrinin və “Abşeronun flora konspekti” kitabının hazırlanması üçün məlumatların toplanması olub.
Ekspedisiya zamanı aparılan tədqiqatların nəticəsi göstərib ki, ərazidə bir sıra nadir, az rast gəlinən bitkilər inkişaf etsə də, onların yaşadığı ekoloji şərait güclü antropogen təsirlərə məruz qaldığından həmin növlərin orada yaşaması şübhə altındadır. Bu qrup bitkilərə Calligonum bakuense Litv. - Bakı cuzğunu, Astragalus igniarius M.Pop - Nitraria schoobera L növlərini aid etmək olar.
Ekspedisiya zamanı bəzi bitkilərin yeni arealları müəyyənləşdirilib, 30 bitki növündən 90 herbari nümunəsi toplanaraq fonda əlavə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]